TƏBRİK: NAĞI NOVRUZ OĞLU İMANOV — 59

İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdərə rayon şöbəsinin sədri Nağı İmanovun avqust ayının 16-da 59 yaşı tamam olur. 

Daim həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan müharibə veteranı Nağı İmanovu doğum günü munasbətilə Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyi səmimi qəlbdən  təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

Qarabağ müharibəsinin qəhrəmanlarından olan, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, «Azərbaycan Bayrağı», «Şah İsmayıl» ordenli Nağı İmanov Qarabağda baş qaldırmış erməni separatizminə qarşı başlanmış mübarizənin ilk günündən ön sırada yer almış bir döyüşçüdür. Bu şərəfli yolda ata və qardaşını şəhid vermiş N. İmanovun döyüş yolu cəbhənin ən ağır və məsuliyyətli döyüş meydanlarından keçib. Ağdərə, Ağdam, Füzuli rayonları uğrunda gedən döyüşlərdə cəsur bir komandir kimi özünü göstərib. Bu gün ömrünün bir gününü Vətən torpaqlarının yağılardan azad edildiyi günlərdə qeyd edir və arzusu doğma Sırxavəndin, bütövlükdə Ağdərənin düşmən və onun havadarlarının işğalından azad edilməsidir.

44 günlük Vətən müharibəsi başlayanda kənarda qalmayan Nağı İmanov, «İgidliyə görə» və «Ağdamın azad edilməsinə görə» medalları ilə təltif olunub.

Həmçinin onun veteranlarımızın ictimai həyatında tutduğu mövqe və fəaliyyəti AVMVİB-nin təsis etdiyi Xatirə medalları ilə təltif olunub.

Ad günü münasibətiylə Nağı İmanovu təbrik edir, uzun ömür, can sağlığı və doğma Ağdərədə xoş günlər arzulayırıq.

Bütün gözəl nə varsa, sənin olsun, Nağı bəy!

100 YAŞA!

AVMVİB Rəhbərliyi, Fedai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: