Rusiya Xarici İşlər naziri Sergey Lavrovla yanaşı Müdafiə naziri Serqey Şoyqunun da bu gün Türkiyəyə planlaşdırılan səfəri təxirə düşüb.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti səfərin yeni tarixinin Türkiyə tərəfi ilə razılaşdırılacağını açıqlayıb.
Məlumata görə, hazırda iki ölkənin Xarici İşlər və Müdafiə Nazirliyi Liviya böhranının nizama salınması istiqamətində fəal çalışır.
Xəbərə Türkiyənin reaksiyası özünü çox gözlətmədi. Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqunun Türkiyəyə səfərinin təxirə salınmasının arxasında İsrail dayanır.
Bu iddia ilə türkiyəli yazar Murad Akan çıxış edib.
“Rusiya XİN başçısı Lavrov və Rusiya Müdafiə naziri Sergey Şoyqunun İstanbul səfəri təxirə salındı. Səfər ruslar tərəfindən təxirə salınıb. Niyə? İsrail Rusiyanın Liviya məsələsində Türkiyə ilə razılaşmasını istəmir. Haftarı Moskvada razılaşma masasından qaçıran da MOSSAD idi”, — yazar bildirib.