Hulusi Akar Böyük Britaniyanın müdafiə naziri ilə danışıb

Türkiyə milli müdafiə naziri Hulusi Akar ilə Böyük Britaniya müdafiə naziri Ben Uolles arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı ikitərəfli və regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: Paralel.az 

Bu xəbəri paylaşın: