Şəhidin doğum günü qeyd olunub — Sumqayıt

Sumqayıt Şəhidlər Xiyabanında Qubadlı rayonundan olan şəhid Vüsal Tahir oğlu Allahverdiyevin doğum gününə həsr olunmuş mərasim keçirilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov məlumat verib.

T. Eminov bildirib ki, mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon, Zəngilan rayon və Sumqayıt şəhər şöbələrinin sədrləri Azad Musayev və Temuraz Mansurov iştirak ediblər.

Şəhidin məzarı üzərinə güllər qoyulub və ruhuna dualar oxuyublar.

Həmçinin müharibə veteranları Sumqayıt şəhər Şəhidlər Xiyabanında uyuyan şəhid baş leytenant Şöhrət Şakir oğlu Qasımovun da məzarı ziyarət olunub. Əslən Gədəbəydən olan şəhid Şöhrət Qasımovun da doğum günüdür. O, 44 günlük Vətən müharibəsində 9 oktyabr 2020-ci ildə yaralını döyüş meydanından çıxaran zaman şəhid olub. Yaşasaydı 30 yaşı olacaqdı.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: