TƏBRİK: ƏLİ NƏBİZADƏ — 73

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Naftalan şəhər şöbəsinin sədri Əli Nəbizadənin 73 yaşı tamam olur.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Rəhbərliyi Əli Nəbizadəni doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

Qoy yaşınızın üstə gələn bu yaş, sizə sevinc dolu illər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl, istəklərinə uyğun, sizi xoşbəxt edəcək şəkildə keçsin.

Müharibə Veteranı  Nəbizadə Əli Oruc oğlu  1949 — cu ilin avqust ayının 17 — də Şamaxı rayonunda anadan olub. 1966 — cı ildə   Bakı şəhərində  3 nömrəli İnternat məktəbini, 1972 — ci ildə  Gəncə şəhərində İnşaat texnikomunu bitirib. 1967- 1968 -ci illərdə Sovet Ordusunda müddətli  həqiqi hərbi xidmətə olub. 1992 — 1996 — cı illərdə Azərbaycan Ordusunun tərkibində  Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdərə, Ağdam,  Goronboy və Tərtər rayonları istiqamətlərində ) gedən döyüşlərdə iştirak  edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların  öhdəsindən layiqincə gəlmişdir. Azəbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Naftalan rayon şöbəsinin sədri Əli Nəbizadə  44 günlük Vətən Müharibəsində  ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Bütün gözəlliklər sizin olsun!

100 yaşa, Əli bəy!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: