Bir neçə gün öncə sosial şəbəkələrdə İkinci Qarabağ müharibəsi iştirakçılarından olan Elməddin Rüstəmovun yeni videosu yayılıb.
İki il əvvəl Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edərək: “Nə oldu, bəs yol çəkirdin”, — deyərək məşhurlaşan müharibə iştirakçısının görüntüsü bu dəfə də xeyli müzakirəyə yol açıb.
Anews Tv-nin hazırladığı süjetdə qazinin örnək çıxışı yer alıb. Biz döyüşçülər yaxşı bilməliyik ki, döyüşə nələrinsə naminə deyil, Vətənimizi müdafiə borcumuzu yerinə yetirməyə yollanmışıq.
Qazi Elməddin Rüstəmova əsil döyüşçü mövqeyi sərgilədiyinə görə bütün döyüşçülər adından minnətdarlığımızı bildirir və ona uğurlar arzulayırıq.
Bu xəbəri paylaşın:
