Prezident DSX — nin altı polkovnikinə general-mayor rütbəsi verilib

Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) altı polkovnikinə general-mayor ali hərbi rütbəsi verilib.

Yeni generalların avtobioqrafiyasını təqdim edirik. 

General-mayor Zaur Rəşidoviç Niftullayev — Şəmkir sərhəd dəstəsinin komandiridir. Bundan əvvəl bir sıra hərbi hissələrin komandiri olub. Naxçıvanda uzun illər xidmət keçib. 17 avqust 2021-ci ildə 3-cü dərəcəli «Rəşadət” ordeni ilə mükafatlandırılıb. Buna qədər də dəfələrlə orden və medallar alıb. 

General-mayor Natiq Zahid oğlu Abuzərli — DSX-nin Sərhəd Nəzarət Məntəqələri üzrə rəisdir. «Hərbi xidmətlərə görə” və digər orden və medallarla təltif edilib.

General-mayor Misir Əziz oğlu Əliyev — DSX-nin xüsusi təyinatlılarının komandiridir. «İgidliyə görə”, «Hərbi xidmətlərə görə” və digər bir sıra orden və medallarla təltif olunub. 

General-mayor Aqil İnşalla oğlu Babayev — Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisidir. Bundan əvvəl Xudat sərhəd dəstəsinin rəisi olub. «İgidliyə görə”, «Vətən uğrunda» və digər bir sıra orden və medallarla təltif olunub. 

General-mayor Azad Əyyub oğlu Abdullayev — Sərhəd Qoşunlarının Göytəpə şəhərində yerləşən «N” saylı hərbi hissəsinin komandiridir. «Azərbaycan Bayrağı” və bir sıra orden və medallarla təltif edilib.

General-mayor Vüsal Eynulla oğlu Sultanov — DSX-nin Çevik Hərəkat Dəstəsinin komandiridir. Şabran rayonunda anadan olub. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. 9 dekabr 2020-ci ildə göstərdiyi şücaətə görə «Vətən Müharibəsi Qəhrəmanı» medalı, 24 dekabr 2020-ci ildə isə «Cəbrayılın azad olunmasına görə» medalı ilə təltif edilib.

Bu xəbəri paylaşın: