Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi müharibə veteranı ehtiyatda olan polkovnik-leytenant Namiq Seydəliyevi doğum günü munasbətilə təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş, ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun,onu xoşbəxt edəcək şəkildə keçsin.
Polkovniki leytenant Seydəliyev Namiq Məhəmməd oğlu 18 avqust 1970- ci ildə Sumqayıt şəhərində anadan olub.



O, 1993- cü ildə Daxili Qoşunların Vladikafkazda yerləşən Ali hərbi məktəbini bitirib.O,1997- ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən tabor komandiri və taborun qərargah rəisi kursunu sonra isə 2005-ci ildə Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin hərbi məktəbində baş zabitlərin ixtisas artırma kursunu bitirib.
Müharibə veteranı ehtiyatda olan polkovnik-leytenant Namiq Seydəliyev 1988- 1993-cü illərdə Daxili Qoşunlarının baş idarəsinin Vladikafkazda yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
O, 10 may 1993-cü ildən 22 may 2009 – cu ilə kimi Daxili İşlər nazirliyinin Daxili Qoşunlarının baş idarəsinin Sumqayıt şəhərində, Quba, Zakatala, Xəzər, Binəqədi və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrdə taqım və bölük komandiri ,Döyüş hazırlığı bölməsinin rəisi, tabor komandiri,Daxili Qoşunların Baş İdarəsinin Qərargahında isə Əməliyyat şöbəsinin baş zabit vəzifələrində xidmət etmişdir.
O, Daxili Qoşunlara,xidmət etdiyi hərbi hissəyə həvalə edilmiş vəzifələrin və tapşırıqların yerinə yetirilməsində,cinayətkarlığa qarşı mübarizədə,ictimai təhlükəsizliyin təmin edilməsində üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.
Namiq Seydəliyev Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın,hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.

Müharibə veteranı ehtiyatda olan polkovnik-leytenant Namiq Seydəliyev Məhəmməd oğlu peşəkarlığı və humanistliyi ilə seçilən ən məsuldar dövrünün 21 ildən cox şərəfli xidməti yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə kecirib.
Xidmətdə fərqləndiyinə görə ehtiyatda olan polkovnik-leytenant Namiq Seydəliyev Daxili İşlər Nazirin,Daxili Qoşunlar Komandanın,təhsil aldığı ali məktəb rəisinin və xidmət etdiyi hərbi hissələrin komandirlərinin müvafiq əmrləri ilə bir sıra medallarla,döş nişanlarla,pul mükafatları ilə,fəxri fərmanlarla,qiymətli hədiyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
O, Daxili Qoşunlarda xidmət etdiyi hərbi hissəyə həvalə edilmiş vəzifələrin və tapşırıqların yerinə yetirilməsində,cinəyətkarlığa qarşı mübarizədə,ictimai təhlükəsizliyin təmin edilməsində üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.
DOĞUM GÜNÜN MÜBARƏK NAMİQ BƏY!
HEC VAXT DƏRD QƏM GÖRMƏYƏSƏN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
100 YAŞA, ALLAH SƏNİ QORUSUN !
BÜTÜN ARZULARIN CİN OLSUN !
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN !
Dərin hörmətlə,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini polkovnik Salman Musayev


