Qarabağ separatçıları Rusiya sülhməramlılarının rəhbərliyinə MÜRACİƏT ETDİLƏR

Qarabağ separatçıları Rusiya sülhməramlı qüvvələrinin rəhbərliyinə müraciət ediblər.

Qarabağdakı separatçı tör-töküntüləri sülhməramlıların rəhbərindən Rusiya Federasiyasının Ermənistandakı müşaviri Maksim Seleznyovun bəyanatı ilə bağlı görüşmək istədiklərini bildiriblər. Onlar Seleznyovun fikirlərinin izah olunmasını istəyiblər.

Rusiya sülhməramlılarının rəhbərliyi yaxın günlərdə görüşməyə və bu məsələyə münasibət bildirməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Seleznev bir müddət əvvəl Rusiya sülhməramlılarının yeni yol işə salınmayana qədər mövcud Laçın dəhlizindən bir santimetr belə hərəkət etməyəcəklərini bildirib.

“Rusiya sülhməramlıları yalnız yeni Laçın dəhlizinin açıldığı anda hərəkət edəcək. Üçtərəfli bəyanatda addımlar, onların ardıcıllığı açıqlanıb: birincisi, dəhliz tamamlanır. Bu qüvvəyə minməzdən əvvəl Rusiya sülhməramlıları bu yolun ətrafında beş kilometrlik dəhlizdə yerləşdirirlər”, – deyə Seleznyov bildirib.

Erməniləri nəyin narahat etdiyi yəqin ki, yaxın günlərdə məlum olacaq.

Xuraman Etibarlı,

Mənbə: KONKRET.az

Bu xəbəri paylaşın: