Lerik rayon Siyov kəndində Şəhidlər Abidə Kompleksinin acılışı olub

Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimayi Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin üzvləri olan veteranlarımız Bakıdan gəlmiş döyüş yoldaşları və komandirləri ilə birlikdə Lerik rayon Siyov kəndində Şəhidlər Abidə Kompleksinin acılış mərasimində İştirak ediblər.

Tədbirdə veteranlarla yanaşı kənd sakinləri, şəhidlərin yaxınları və müharibə veteranı ehtiyatda olan polkovnik Hikmət Ağayev iştirak ediblər.

Birinci Vətən Müharibəsinin qəhraman şəhidi Mehman Qafarov və 44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmış şəhidlərimizə həsr olunmuş Abidə Kompleksinin acılışında AVMVİB Lənkəran rayon şöbəsi iştirak etdi.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimayi Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsi sədrinin müavini Saleh Dostiyev məlumat verib.

Şəhidlərimizə həsr olunmuş Abidə önünə güllər qoyulmuş və ruhlarına dualar oxunmuşdur. S. Dostiyev bildirdi ki, şəhid valideynləri görüşərək başsağlığı vermiş və onların ruhları qarşısında baş əydiklərini deyib. Allahdan şəhid valideynlərinə Allahdan səbr diləyiblər.

Şəhidlər ölməzlər, Əbədi yaşarlar!

Nurlan

Bu xəbəri paylaşın: