26 avqust AVMVİB-nin yaranma günüdür!

Qarşıdan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) yaranmasının 28 illiyi gəlir!

Bu məqsədlə görüləcək tədbirlər barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini İslam Səfərov öz fikirlərini bizimlə bölüşüb.

İslam Səfərov bildirdi ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) 1994-cü il 26 avqustda ümummilli lider Heydər Əliyevin xeyir-duasi ilə yararmış bir təşkilatdır. Hal — hazırda təşkilatımızın 87.000 nəfərdən çox üzvu var və respublikada ən böyük QHT-dir.

Birliyin 28 yaşının qeyd edilməsi ənənəvi olaraq ulu öndər Heydər Əliyevin məzarını, 2-ci Şəhidlər Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etməklə qeyd ediləcək.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) bu illər ərzində öz fəaliyyətini işğalda olan torpaqlarımızın azad edilməsi və döyüşçü qardaşlarımızın problemlərinin həllində yardımçı olmaq, həmçinin şəhid qardaşlarımızın unudulmaması istiqamətində çox böyük işlərə imza atmışdır. Hətta məktəblərdə, hərbi hissələrdə keçirdiyimiz görüşlərə bəzi ağzıgöyçəklər ağız büzərək, nə etmək istədiyimizi soruşurdular. Şükürlər olsun ki, yetişən gənclik döyüş meydanında öz qəhrəmanlıq dastanını yazanda bu sahədə heç bir izi olmayanlar hərbi vətənpərvərli ruhunun belə yüksək səviyyədə olmasına şərik olmaq üçün nağıllar uydurmağa çalışdılar.

AVMVİB 44 günlük Vətən müharibəsi günlərində də öz sözünü, həm döyüş meydanlarında, həm də Ordumuza dəstək olmaqla layiqüincə dedi. Füzuli Rzaquliyev başda olmaqla veteranlarımızın övladları ön cəbhədə atalarında yarımçıq qalmış işi sona çatdırdılar. Bu gün elə bir AVMVİB üzvü yoxdur ki, onun oğlu, qardaşı və bacısı oğlu döyüşlərdə iştirak etməsin. Bu gün də son hədəf, tam qələbəmiz üçün əlimizdən gələni etməyə hazırıq və bu yolda Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müsəlləh əsgərləriyik. Vətən yolunda şəhid olmuş qəhrəmanlarımıza rəhmət diləyirəm. AVMVİB sıralarını vaxtsız ölümlə tərk edən veteranlarımızı da rəhmətlə anırıq.

İslam Səfərov qeyd etdi ki, 28 il bir igidin ömrüdür. Biz Zəfəri görmədən Haqqa yürüyən qardaşlarımızı nakam sayırdıq. Bu böyük günü görmədən vəfat edən onlarla üzvümüzün son arzuları bayrağa sarılmaqla dəfn edilmələri oldu. Onları da unutmaq olmaz. Bu yolu başlayan, əli yalın, təminatsız və bir sürü xain və satqın rəhbərliyi olan bir orduda öz canlarını ortaya qoyan Azərbaycan əsgərinə heç bir kateqoriyaya bölmədən ilk sahib çıxan elə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) olub. Müharibə əlillərimiz də, şəhidlərimiz də müharibə veteranlarımız da bir səngərdə yatmış qardaşlarımızdı. Hər üçü eyni amal uğrunda vuraşaraq qardaşlaşan insanlarımızdı və bu ağır missiyanı sonadək həyata keçirənlərə veteran deyilir. Onlar bu ölkənin ən çox haqqı olan insanlarıdır.

Hər bir AVMVİB üzvünü birliyimizin yaranma günü münasibətiylə təbrik edirəm!

Elnur Səlim

Bu xəbəri paylaşın: