Rusiyalı ictimai xadim Aleksandr Duqinin qızı Darya Duqinin avtomobilinin partladılması üçün 400 qram trotildən istifadə olunub..
Bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.
Qeyd edək ki, dünən Duqinin qızı Darya Duqinanın avtomobili Moskva vilayətində Bolşoye Vyazemi kəndi yaxınlığında partladılıb və terakt nəticəsində o, həlak olub.
Rusiyalı ictimai xadim Aleksandr Duqin qızının ölümündən sonra xəstəxanaya yerləşdirilib.
Bunu politoloq, Dövlət Dumasının keçmiş deputatı Sergey Markov Gazeta.ru-ya müsahibəsində deyib.
O bildirib ki, Duqin xəstəxanaya aparılarkən huşu özündə olmayıb və qızının itkisi ona çox pis təsir edib. Keçmiş deputat Duqinin təhlükəsizliyinin artırıldığını diqqətə çatdırıb.
