Simonyan Duqinin qızının ölümündən PANİKAYA DÜŞÜB

Erməni əsilli rusiyalı təbliğatçı Simonyan Duqinin qızının ölümündən panikaya düşüb.

Rusiyalı təbliğatçı Marqarita Simonyan “rus dünyası”nın əsas ideoloqu Aleksandr Duqinin qızının ölümü ilə bağlı paylaşım edib.

Təbliğatçı Telegram səhifəsində demək olar ki, bütün emosiya spektrini yaşadığını göstərib.

Əvvəlcə Simonyan Duqinin qızının ölümündən xəbər tutanda sözünün olmadığını yazıb. Sonra o, Rusiya Federasiyasının Kiyevi və “qərar qəbuletmə mərkəzini” vurmasını tələb etməyə başlayıb. Simonyan ümid etdiyini bildirib ki, səhər Ukraynanın “bombalanmış” paytaxtı haqqında xəbər eşidəcək.

Sonra Simonyan bir daha isterik şəkildə Kremlə Kiyevə zərbə endirmək üçün yalvarıb. Səhərə yaxın təbliğatçı heç kimin onun yalvarışlarını eşitmədiyini anlayanda qorxduğunu etiraf edib.

Məlum olub ki, Ukraynanı təhdid etməyi sevən “cəsur” erməni təbliğatçı özünə mühafizəçi işə götürüb. Bir neçə aydır ki, Simonyan küçələrdə tək gəzməkdən qorxur.

Simonyan o qədər qorxur ki, hətta uşaq oyuncaqları onu təşvişə salır.

Bu xəbəri paylaşın: