Separatçılar Rusiyanın Bayraq gününü Xankəndidə qeyd ediblər

Ermənistanın paytaxtı İrəvanın küçələrində Rusiyanın Ukraynaya müdaxiləsinin simvoluna çevrilmiş “Z” işarəli vərəqələr yayılıb.

Dirək və ağaclara yapışdırılmış ermənicə vərəqələrdə keçmiş SSRİ-də bəzi ərazilərin Rusiyaya ilhaq olunmasına çağırış edilir. Bu barədə məlumatlar və fotolar sosial media şəbəkələrində yayılıb.

Vərəqələrdəki şüarlarda deyilir: “Krım – Rusiyadır. Donetsk – Rusiyadır. Luhansk – Rusiyadır. Mariupol Rusiyadır. Zaporojye Rusiyadır. Xerson Rusiyadır. Tiraspol Rusiyadır. Sxinval Rusiyadır. Şimali Qazaxıstan Rusiya olacaq. “Artsax” (Qarabağ-red) qoy Rusiya olsun”.

Qeyd olunur ki, bu vərəqələr Moskvanın Ukraynanın işğal edilmiş ərazilərində referendumlar keçirmək planları barədə xəbələrlə eyni vaxtda yayılıb.Sosial media istifadəçiləri vərəqələrin yüksək poliqrafik keyfiyyətlə və dizaynla işlənməsinə diqqət yetirirlər.

Həmçinin bu gün erməniməramlı rusların nəzarətində olan Xankəndidə isə Rusiyanın bayraq günü qeyd edilib. Bu barədə BBC məlumat yayıb.

Bu xəbəri paylaşın: