Mirqafar Seyidovun vəzifədən azad edilməsi xəbərini DİN təkzib etdi

“Mirqafar Seyidovun Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilməsi barədə xəbər həqiqəti əks etdirmir və tərəfimizdən təkzib edilir”.

Fedai.az xəbər verir ki, bunu report-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

Qeyd edək ki, mediada Daxili İşlər naziri Vilayət Eyvazovun polis general-mayoru Mirqafar Seyidovu tutduğu vəzifədən azad etməsi barədə məlumat yayılıb.

Bu xəbəri paylaşın: