
Elbariz Məmmədli
Ermənipərəst Nensi Pelosi İrəvana səfərə gəlib. Cəhənnəmə ki, gəlsin! Onsuz da bizi Qərbə bağlayan heç nə yoxdu. Vaxtında atdığımız yanlış addımlar indi bumeranq kimi özümüzə yönəlir. Nəticəsi də göz qabağında. Erməni şərəfsizlər fars-rus təıimatı ilə hər gün ara qatıb qan tökür, oyun oynayırlar, ABŞ bəyanat verir, Fransa qoyun yığını BMT-yə səslənir və…
Üstümüzə gəlirlər. Biz də o dəqiqə hərəkətlərimizi redaktə edirik. Amma bir nəfər də soruşmur ki, siz kimsiniz və 30 ildi hardaydınız? Lənətə gəlmiş, zombiləşən «Birləşmiş Millətlər Təşkilatı»nın tanıdığı ərazilərimiz var və onun bütövlüyünü təmin edirik.
Ruslar Ukraynanı xarabalığa çevirdi. Əvvəlcə bəyanat, sonra silah verməyə başladılar. Bir millət ruhundan dara çəkildi. Heç bu haqda dava açan yoxdu.
Bizdə vəziyyət Ukraynadan fərqli olaraq, daha acınacaqlıdır. Diplomatlarımız fəaliyyətsiz, siyasilərimiz və ziyalılarımız susqun, cəmiyyətimiz biganə və.s Heç görün bir nəfər sual verirmi ki, düşmənlə son toqquşmada əməliyyatlara kim rəhbərlik edib və hərbçilərimizin belə asanlıqla namərd gülləsinə tuş gəlməsinin səbəbi nədir? Düşməndən hər cür namərdliyi gözlədiyimiz halda, təmas xəttində yaranmış bu boşluq nədən qaynaqlanır? 18-19 yaşlı uşaqların döyüş meydanına atılması hansı zərurətdən yaranıb?
Ukraynada yaxşı bir ənənəyə əl atılıb. Xainləri yerindəcə zərərsizləşdirirlər. Nəticəsi də əladı. Artıq ruslar silah-sursatlarını atıb qaçmağa başlayıblar. Yaxın aylarda bu savaşın Ukrayna üçün daha uğurlu nəticələr verəcəyinə şübhə yoxdu. Çünki Ukraynada cəmiyyət Şəhiid şəkillərini paylaşıb ağlamaqla məşğul deyil. Hər kəs öz işini bilir. Uşağından işğalçıları qutabla zəhərləyib öldürən qarısına qədər.
Azərbaycan cəmiyyəti hamılıqla savaş ruhuna köklənməlidi. Anlamaq lazımdır ki, bizim savaş ruslara regionda və Qafqazda murdar varlığını, İrana çökməsi zaman məsələsi olan şər dövlətini, ABŞ və Qərbə burdakı mövcudluğunu əbədiləşdirmək üçün lazımdı. Biz də, elə erməni lənətə gəlmişlərin özləri də kiməsə lazım deyilik.
İndi ABŞ-dan gələn bir qarı hamının diqqətini özünə cəlb edib. Əvvəla, onu demək lazımdır ki, Amerika köklü bir millətin yaratdığı dövlət deyil. Eynilə ruslar kimi, ordan-burdan yığışıb yerli və köklü millətləri məhv etmək hesabına özlərinə dövlət qurublar. Qırmızı dərililərdən, beçeneklərə, digər qıpçaq tayfalarına qədər. Yəni, içimizdəki xainləri zərərsizləşdirib, bitməyən davamızın arxasında olmalıyıq. Ən əsası da hər gün Şəhid cənazələri qarşılamamaq şərtilə.
Nensinin gəlişi kimisə narahat eləməsin. Onsuz da erməni yönlü olan bu siyasinin hansı mövqedə dayanacağı əvvəlcədən aydındı…