Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımızdan örnək addım

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xızı rayon şöbəsinin iştirakıyla Xızı rayonunda Rusiya Federasiyası Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımızın «Əsgərlərə dəstək» qrupu adından şəhid ailələrinə baş çəkilib.

Rusiya Federasiyası Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımızın «Əsgərlərə dəstək» qrupunun üzvü Cavid Nəzərov adı çəkilən qrupun dəstəyi ilə şəhid ailələrinə, qazilərə yardımlar göstərir və şəhid adlarının əbədiləşdirilməsi üçün tikilən abidə komplekslərinə dəfələrlə dəstək olublar.

Xızı rayonunda da ərzaq yardımlarını şəhid ailələrinə çatdırmışlar.

Xatırladaq ki, uzaq Norilskdə yaradılan «Əsgərlərə dəstək» qrupunun üzvləri öz zəhmətlə qazandıqları pullar hesabına bu örnək işləri görməkdədirlər. Demək olar ki, Azərbaycanın fərqli bölgələrində öz xeyirxah əməllərini davam etdiriblər. Bu qrupun üzvlərinin özəlliyi ondadır ki, onlar 44 günlük Vətən müharibəsi günlərində olduğu kimi bu gün də qazilər və şəhid ailələrinə yardımlarını durmadan davam etdirməkdədirlər. Döyüşçülər adından Rusiyanın Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımıza öz minnətdarlığımızı bildiririk.

Allah şəhidlərimizə rəhmət eləsin!

E. Səlim

Bu xəbəri paylaşın: