Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında gənc idmançılarla görüş keçirilmişdir.
Görüşdə partiya üzvləri ilə yanaşı Azərbaycan Vətən Müharubəsi Veteranlar İctimayi Birliyi (AVMVİB) Masallı rayon şöbəsinin üzvləri də iştirak etmişlər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsi sədrinin təşkilati işlər üzrə müavini Seymur Əkbərov məlumat verib.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev partiyanın fəal üzvü, Ərkivan ərazi partiya təşkilatının sədr müavini, Vətən müharibəsi iştirakçısı Əliyev Elmir Mirələm oğlunu doğum günü münasibəti ilə təbrik edib.
Təbriklərə qoşularaq Elmir Əliyevi doğum günü munasbətilə Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyi və AVMVİB Masallı rayon şöbəsi rəhbərliyi səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Təbrik edirik!