Bərdə veteranları şəhidin mövludunu qeyd ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Bərdə rayon şöbəsinin üzvləri Bərdə Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsi şəhidi Rəşad Nadim oğlu Nadirovun ikinci mövludunu qeyd ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Bərdə rayon şöbəsinin sədri İsmayıl Rüstəmov məlumat verib.

Şəhidin məzarı ziyarət olunub, gül qoyulub və ruhuna dualar oxunub.

Allah rəhmət eləsin!

E. Səlim

Bu xəbəri paylaşın: