AVMVİB Zaqatala rayon şöbəsi: «Onlar Vətən uğrunda döyüşüblər️»

Azərbaycan Respublikasının torpaqlarımızın ərazi bütövlüyü uğrunda odlu alovlu şanlı şərəfli döyüş yolu keçmiş Zaqatala batalyonun bir qrup Qarabağ qaziləri Musayev Nuruş, Qədirov Qasım, Ömərov Nurəddin, Zeynalov Kamran, Səfər Qaraca və Həsənov Salman asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə Qarabağ qazisi, AVMVİB Zaqatala rayon şöbəsinin sədri Elçın Ağabayevin evində qonaq olublar.

Azərbaycan Respublikasının Dövlət Himni ilə açlış oldu. Sonra Qarabağ qaziləri, veteranlara göstərilən dövlət qayğısından danışılıb və onları narahat edən problem və qayğılar müzakirə edilib. Çıxışlarında müharibə xatirələrindən danışdılar. Söhbət arasında gəncləri Vətəni sevməyə, onun uğrunda mübarizəyə həmişə hazır olmağa çağırıblar.

На изображении может находиться: 4 человека, люди стоят и в помещении

İşgüzar və səmimi ortamda keçirilən görüşdə Qarabağ qaziləri və veteranların müəyyən təklif və istəklərinin müəyyən dövlət qurumlarına çatdırılması xahiş edilib. Sonunda Qarabağ qazisi Elçin Agabayev bildirib: «Biz müharibə od-alovunu görmüş, ölümün gözünə dik baxaraq mənfur düşmənə qarşı vuruşmuş insanlarıq. Biz düşməni görüb üzərinə getmişik. Sizin bu gün bütün bəşəriyyəti sarsıdan, qorxulu və gözəgörünməz düşmənlə mübarizədə xalqımızın təhlükəsizliyini yüksək səviyyədə təmin etməyiniz, sözlə ifadə edilməsi mümkün olmayan ən böyük QƏHRƏMANLIQDIR. İnanırıq ki, işğal altında olan torpaqlarımız tezliklə azad ediləcək, müqəddəs bayrağımız qədim Şuşada, Xankəndində əzəmətlə dalğalanacaqdır.

Bütün Azərbaycan xalqı kimi, biz Qarabağ qaziləri də bu yolda hər an əsgər kimi döyüşə hazırıq».

Leyla Həsənova

На изображении может находиться: 2 человека, люди стоят и в помещении

Bu xəbəri paylaşın: