Bizi yavaş-yavaş öldürən Wi-Fi

Forbes Jurnalı tərəfindən aparılan araşdırmada simsiz internetin və cib telefonlarının insan orqanizminə mənfi təsirinin illər sonra ortaya çıxacağı açıqlandı.

Valideynlər övladlarını ekzos tüstüsü və pestisidlər kimi zəhərli kimyəvi maddələrdən uzaq tutmağının səbəbi, Ümumdünya Səhiyyə Təşkilatının «Xərçəngə səbəb olan maddələr» siyahısında 250 maddəsinin içərisində olmasıdır. Televiziya, radio, mikrodalğalı soba, simsiz internet bağlantısı və mobil telefonlar da eyni siyahıdadır, lakin bu maddələr qədər diqqət cəlb etmirlər. Ancaq indi bunun üçün ciddi qayğı göstərməyin vaxtı gəldi. Bu, Mikroskopiya və Ultrastruktur Jurnalındakı son elmi açıqlamadır.

Nəticələr 30 ildən sonra ortaya çıxacaq

Uzun illər elektromaqnit dalğalarına məruz qalan insanlar xərçəng riskini artırır, sperma sayı azalır və daha ciddi xəstəliklərə zəmin hazırlayır. Xərçəngə məruz qaldığımız elektromaqnit dalğalarının müddəti 30 il hesablanıb. Məqalə müəllifi Mark Gibbsin sözlərinə görə, Wi-Fi bizi yavaş-yavaş öldürür və bu, təxminən 50-100 il sonra insanlıq tarixində ən böyük sağlamlıq böhranına çevriləcəkdir.

Tədqiqatın nəticələri

Uşaqların beyin toxumaları böyüklərdən daha incədir. Buna görə elektromaqnit dalğaları onlara daha çox nüfuz edə bilər. Bu, beyin toxumalarına və hüceyrələrə mənfi təsir göstərə bilər.

— Ən yüksək risk dövrü körpənin hələ bətnində olduğu dövrdür. Hamilə qadının evində Wi-Fi bağlantısından istifadə etmək, cib telefonunu hər zaman yaxın tutmaq mütləq tövsiyə edilmir.

— Döş cibdə gəzdirilən telefonlar döş xərçəngi riskini artırır.

— Elektromaqnit dalğalarına məruz qalma təhlükələri cib telefonlarının təlimatlarında qeyd olunur.

— Simsiz internetlə işləyən cihazların satışı yaxından izlənilməlidir.

— Elektromaqnit dalğalarının təsir hədləri ilə bağlı xəbərdarlıq qaydaları isə 19 ildir dəyişdirilmir.

Fedai.az

Bu xəbəri paylaşın: