Saytımızın oxucusu olan bir rus xanım bizim Fedai.az saytını Google-nin tərcümanı vasitəsiylə oxumağa çalışır. Dəfələrlə bu xidmətin çox yanlış və anti Azərbaycan xarakteri barədə dediyi fikirləri bizlər də təsdiqləyərək yayınlamışıq.
Ukraynadan bizim saytı Google — tərcümə vasitəsiylə oxuyan Ruslana Andreeva adlı bir oxucumuz bizə maraqlı bir tərcümə yanlışı ilə bağlı məlumat verdi və o tərcüməni bizə yolladı.
Sorğu üçün ünvanladığımız: «Azərbaycan işğalçıları ölkədən necə çıxarmalıdır?» sualı Googe bu cür tərcümə edib: «Как азербайджанские захватчики должны покинуть страну?» Başqa bir yanlış tərcümə isə təşkilatın adıyla bağlıdır.

«Fədai» qəzeti Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi» isə «Общественное объединение ветеранов Второй мировой войны» kimi tərcümə edilib.
Əslində təşkilatın adında «İkinci Dünya» sözlərinə uyğun heç nə yoxdur. Rusca təşkilatın adı: «Общественный союз ветеранов отечественной войны Азербайджана» olmalıdır. Hələ «Fedai» sözünü «Фадай» kimi tərcümə etmələrinə deməyə söz tapmadıq.
Bu problemlə bağlı 2 il öncə yazı yayınlamışdıq. Araşdırma zamanı bu işi guya könüllülər tərəfindən görülməsi deyilsə də, bu sahəyə hökumət pul ayırdığını da öyrəndik və bu sahə ciddi nəzərə alınmalıdır. Bir faktı da qeyd edim ki, xüsusən erməni əleyhinə olan yazılar bu cür təhrif edilir.
Məcburən sorğunu bu sualla aparmağa və Googledən tam doğru bir qərəzsiz tərcümə əldə edənədək dəyişdik: «Azərbaycan torpaqlarından işğalçılar necə çıxarılmalıdır? — Как изгнать оккупантов с азербайджанских земель?»

Bu da çox güman ki, artıq hər yerə sızmış Haykanuşun biclərinin işidir. Ukraynalı oxucumuz R. Andreevaya və onun ailəsinə veteranlar adından öz minnətdarlığımızı bildiririk! «Nə yaxşı ki, varsınız» — deyirik.
Bu fakt informasiya savaşı aparan və Ermənistan kimi həyasız bir düşməni olan ölkə tərəfindən ciddi surətdə araşdırılmalıdır. Aidiyyatlı orqanlar bu sahəni nəzarətə almalıdırlar.
Fedai.az Araşdırma Qrupu
