Bu gün silahdaşımızdan birnin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Goronboy rayon şöbəsinin sədri Məmmədov Elmar Yaşa oğlunun yubileyidir. Noyabr ayının 30-da onun 51 yaşı tamam olur.
Elmar Məmmədov 1974-cü ilin noyabr ayının 30-da Goronboy rayonunun Dəliməmmədli kəndində zəhmətkeş ailədə anadan olub. 1991-ci ildə Goronboy rayonunun Dəliməmmədli kənd orta məktəbi bitrib.1992-1994 cü illərdə Azərbaycan Ordusun Ağdərə və Tərtər rayonlarında yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə, əsgər vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir .
Elmar Məmmədov 2016-cı ildən etibarən, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Goronboy rayon şöbəsinin sədridir. 1990-1994 -cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdərə, Goronboy və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə) iştirak etmişdir.
44 günlük Vətən müharibəsi dövründə Elmar Məmmədov hərbi qulluqçularmızın yanında olaraq, ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Məmmədov Elmar Yaşa oğlunu doğum günü yubileyi münasibəti ilə təbrik edir, ona sağlam həyat və uzun ömür arzu edir.
AVMVİB-in Mətbuat xidməti

.jpg)

.jpg)

.jpg)
.jpg)





