Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbirabad rayon şöbəsinin sədri Hüseynov Faiq İsrafil oğlunun doğum günüdür. Noyabr ayının 29-da onun 53 yaşı tamam olur. O, 1971- ci ilin noyabr ayının 29-da Səbirabad rayonunda ziyalı ailəsində dünya göz açıb.
Yüksək peşəkarlığı ılə öhtəsinə düsən vəzifələri və ona həvalə olunan çoxşaxəli işləri həmişə ləyaqətlə yerinə yetirən Faiq Israfil oğlu Hüseynov, 1988-ci də Səbirabad rayon orta məktəbini, 2010-cu ildə isə Bakı şəhərində Təfəkkür Unverstetini bitrib. 1989-1991 ci illərdə Sovet Ordusunun Dəmiryolları Qoşunlarının Xabarovsk şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub, 1993-1996-cı illərdə isə Azərbaycan Ordusunun Ağdam və Füzuli rayonlarında yerləşən hərbi hissələrin birində müvafiq vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət edib. 2-ci qurup müharibə əlili Faiq Hüseyinov Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam və Füzuli rayonları istiqamətlərində) gedən döyüşlərdə fəal iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmiş və ağır yaralanmışdır.
Faiq Hüseynov 1997-ci ildən etibarən, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbirabad rayon şöbəsinin sədridir. O, Azərbaycan Ordusunda xidmət etdiyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbirabad rayon şöbəsinin sədri vəzifəsini yerinə yetrdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın,hərbi nizamnamələrin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Faiq Hüseyino 44 günlük Vətən müharibəsində hərbi qulluqçularmızın yanında olaraq, onlara həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir. Təsadüfi deyil ki, Faiq Hüseyinov xidməti və ictimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Müdafiə Nazirinin Müavini- Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, Korpus və hərbı hissə komandirlərlərnin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin, Səbirabad rayon İcra hakimiyyətinin başçısının, Səbirabad rayonun Yeni Azərbaycan Partiya sədirinin müvafiq əmrləri ilə , döş nişanları, fəxri fərmanlarla, qiymətli hədiyələrlə mükafatlandırlıb,ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif edilib:
— «Böyük Zəfər » medalı ilə;
— “Milli Ordunun 100 iliyi (1918- 2018)” yubiley medalı ilə;
— “Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 25 illiyi (1994- 2019) yubiley medalı ilə;
— “Müharibə Veteranı” medalı ilə.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Hüseynov Faiq İsrafil oğlunu doğum günü münasibəti ilə təbrik edir, ona sağlam həyat və uzun ömür arzu edir.
AVMVİB Mətbuat xidməti