Haqverdiyev Sucəddin — 65

Bu gün Azərbaycan Ordusunun ehtiyatda olan zabiti, mayor Haqverdiyev Sucəddin Hacırəhim oğlunun doğum günüdür. Sucəddin Haqverdiyev 20 dekabr 1960-cı ildə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olub. 1981-1986-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun Bədən Tərbiyəsi fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən könüllü olaraq Azərbaycan Milli Ordusunun sıralarına qoşulub.

Onun döyüş yolu Kəlbəcər, Laçın, Füzuli rayonlarını, eləcə də Murovdağ bölgəsini əhatə edib. Vətən uğrunda göstərdiyi xidmətlərə görə 1994-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri Məmmədrəfi Məmmədovun əmri ilə “Şah İsmayıl Xətai” adına Fəxri Fərmanla təltif olunub. 2000-ci ildə hərbi xidmətdən tərxis olunaraq, fəaliyyətini mülki sahədə davam etdirib. Uzun illər Bakı şəhərinin ümumtəhsil məktəblərində gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində hərbi rəhbər vəzifəsində çalışıb.

Hazırda Xəzər rayonu 206 nömrəli tam orta məktəbdə hərbi rəhbər kimi fəaliyyət göstərir və gənc nəslin vətənpərvər ruhda yetişməsinə töhfə verir. Mayor Sucəddin Haqverdiyevi doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və şərəfli fəaliyyətində uğurlar arzulayırıq.

Whats-App-Image-2025-12-14-at-14-52-46

Whats-App-Image-2025-12-14-at-14-52-47

Bu xəbəri paylaşın: