AVMVİB rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin anım günündə Fəxri Xiyabanı ziyarət etdi

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, eləcə də Birliyin Bakı və Bakıətrafı rayon şöbələrinin sədrləri Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət etmişlər. Ziyarət iştirakçıları Ulu Öndərin məzarı önünə gül-çiçək dəstələri düzərək, onun əziz xatirəsini dərin ehtiramla yad etmiş, ruhuna dualar oxumuşlar.

Tədbir zamanı AVMVİB rəhbərliyi Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında, xalqımızın mənəvi-siyasi birliyinin formalaşmasında və vətənpərvərlik ideologiyasının inkişafında misilsiz xidmətlərini xüsusi vurğulamışdır. Qeyd olunmuşdur ki, bu gün Azərbaycan dövlətçiliyinin dayaqları məhz Ulu Öndərin yaratdığı möhkəm ideoloji-siyasi təməllər üzərində yüksəlir və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə daha da güclənir.

Ziyarətdən sonra tədbir AVMVİB Səbail rayon şöbəsinin akt zalında davam etdirilmişdir. Burada Ümummilli Liderinin həyat və fəaliyyətinə həsr olunmuş anım tədbiri təşkil olunmuş, Ulu Öndərin dövlətçilik irsini əks etdirən videokadrlar nümayiş etdirilmişdir.

Tədbirdə AVMVİB Səbail rayon şöbəsinin üzvü İlham Rəsulzadənin hazırladığı və Ümummilli Lider Heydər Əliyevin həyat yolundan, dövlətçilik fəaliyyətindən, xalqına əvəzsiz xidmətlərindən bəhs edən sənədli film göstərilmişdir. Film iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və Ulu Öndərin zəngin irsinin bu gün də Azərbaycan üçün necə strateji əhəmiyyət daşıdığı bir daha diqqətə çatdırılmışdır.

Çıxış edənlər vurğulamışlar ki, Heydər Əliyev ideyaları bu gün Azərbaycan xalqının milli birliyinin, vətənpərvərlik ruhunun, güclü dövlətçilik ənənələrinin ideoloji əsasını təşkil edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə əldə olunan tarixi Zəfər də məhz Heydər Əliyevin yaratdığı siyasi kursun bəhrəsidir.

AVMVİB-in Mətbuat xidməti

kgmVTyy5/Whats-App-Image-2025-12-12-at-22-17-08-(2).jpg» alt=»Whats-App-Image-2025-12-12-at-22-17-08-(2)»>

Whats-App-Image-2025-12-12-at-22-17-08-(3)

Whats-App-Image-2025-12-12-at-22-17-08-(4)

Whats-App-Image-2025-12-12-at-22-17-09

Whats-App-Image-2025-12-12-at-22-17-09-(1)

Bu xəbəri paylaşın: