ŞƏRƏFLİ ZABİT ÖMRÜ: MAYOR  ALTAY SEYİDOV — 56

İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan  biri də  Müharibə Veteranı, ehtiyatda olan mayor Seyidov Altay Xəlil oğludur. Sentyabr ayının  24 -də onun  56 yaşı tamam olur.

Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ cıxan Altay Seyidovu  doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan uçun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib-tükənməyən naliyyətlər arzulayır.

Altay Seyidov 1966-cı ilin  sentyabr ayının  24-də Azərbaycan Respublikasının  Qazax rayonunun Aslanbəyli (əvvəlki adı Əli Bayramlı) kəndində zəhmətkeş ailəsində dünyaya göz açıb.

O, 1983-cü ildə Qazax rayonun Aslanbəyli kənd orta məktəbini, 1991-ci ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirib.

Altay Seyidov Azərbaycan Respublikasının DİN Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsinin  Xəzər rayonunda, Müdafiə Nazirliyinin və Daxili Qoşunların Qaraheybətdə yerləşən zabitlərin təhkimləşdirmə (ixtisas artırma) kurslarını da bitrib. 

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki-təlim toplanışlarında, xüsusi-taktiki təlimlərdə, komando-qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.

Altay Seyidov 1984-1986-cı illərdə Sovet Ordusunda  müddətli  həqiqi hərbi xidmətə olub.  1991-2002-ci illərdə  Daxili Qoşunların Baş İdarəsinin  Nərmanov, Qazax,  Zaqatala,  Lənkəran rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrində  taqım və böluk  komandiri, Ayrıca yerləşən əlahiddə böluk komandiri, Alayın  idman və fiziki hazırlıq rəisi  vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.

1992-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətlərində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır.

Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın,  Hərbi və Daxili Qoşunların Döyüş Xidməti Nizamnamələrinin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında, şəhərlərdə (rayonlarda) və yaşayış məntəqələrində baş vermiş kütləvi  ixtşaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmələrin (dəstələrin) axtarışında və zərərsizləşdirilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, fövqəladə vəziyyət zamanı karantin tədbirlərinin həyata keçirilməsində  üzərinə düsən vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında, respublikada əmin-amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Daxili işlər nazirnin, Daxili qoşunlar komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə  Fəxri Fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edilib və  aşağıdakı medalarla təltif edilib:

-«Silahlı Qüvvələrin yaranmasının» (1991- 2001) 10 illiyi;

-«Qusursuz Xidmətə görə» 3-cü dərəcəli medalı;

— “Silahlı Qüvvələrdə 10 il Qusursuz  Xidmətlərə görə”.

DOĞUM  GÜNÜN  MÜBARƏK  OLSUN, AlTAY  BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: