Dəşt-i Qıpçaqda qadınlar ərlərinin intiqamını alırdılar

İOHAN ŞİLTBERGER «Avropa, Asiya və Afrikaya İVAN ŞİLTBERGERİN SƏFƏRİ, 1394 — 1427-Cİ İLLƏR», XV əsr»

… Çekrenin yanında olduğum müddətdə bir tatar xanımı olan Sadurmelik (Sadurmelix) və onunla birlikdə dörd min qızdan ibarət bir dəstə özlərini Edigeiyə təqdim etdi. Bu zadəgan xanım, ərini öldürdüyü üçün bir tatar padşahından qisas almaq istəyərək, Edigeydən bu padşahın qovulmasına kömək etməsini istədi. Bilməlisiniz ki, bu xanımlar, həm də onu müşayiət edən qadınlar, heç də at minməkdə, silahla məşq etməkdə və döyüşə hazırlaşarkən hər tərəfə (at və ya yəhər) bir qılınc və yay-ox (hantbogen) atmaqda kişilərdən geri qlmırdılar. Ərini öldürən, Çekre ilə döyüşdə əsir götürülmüş padşahın əmisi oğlu o xanımın yanına gətirildikdə, ona diz çökməsini əmr etdi, qılıncını çəkdi və başını bir zərbə ilə kəsdi: «İndi özümü təsdiqlədim!» Bu mənim yanımda oldu və bunu bir şahid kimi danışıram … «.

“Türklər üçün lazım olduqda qisas almağa hazır olan qadınlarla ailə qurma ənənəsi vardı. «Kitabi Dədə Qorqud» dastanında da bunu aşkar görməkdəyik.

Şiltbergerin «Reisebuch»u (səyahət kitabı) təkcə o dövrün öz təcrübələri və tarixi hadisələrinin qısa xülasəsini ehtiva etmirdi, həm də xüsusilə olduğu ölkələr və onların adətləri haqqında məlumat verirdi. Əsərdə onun gəzdiyi Dunayın “bu tərəfindəki” torpaqlar birinci gəlir; ardınca türklərin əlində olan Dunay və Qara dəniz arasındakı torpaqlar, nəhayət, Trabzondan Rusiyaya, Misirdən Hindistana qədər Şiltberqerin yerləşdiyi uzaq diyarlardan bəhs edilir. Bu regional coğrafiyada Bursa, Qərbi Qafqazdan müxtəlif bölgələr, Xəzər dənizi ətrafındakı bölgələr və onun əhalisinin (xüsusən də qırmızı tatarların) adət-ənənələri, Sibir, Krım və Kefedəki Genuya koloniyası (özü də 5 ay orada qaldı), Misir və Ərəbistan haqqında dedikləri xüsusilə diqqətəlayiqdir. Onun Qara dəniz hüdudlarından kənarda mövcudluğunu davam etdirən katolik missiyaları və Böyük Tatarıstanın xristian icmaları haqqında yazıları da xristianlıq tarixi üçün mühüm mənbə hesab olunur.

Şiltberqerin “Reisebuch” əsəri türk dilinə “Türklər və Tatarlar Arasında” (1394-1427) adıyla tərcümə edilmişdir.

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: