Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri müharibə veteranı, istefada olan baş leytenat Həsənov Eynulla (Akif) Ağamirzə oğlunun sentyabr ayının 25 — də 65 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan Müharibə Veteranı istefada olan baş leytenat Həsənov Eynulla Ağamirzə oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Fədai.az kollektiv səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Müharibə Veteranı istefada olan baş leytenat Həsənov Eynulla (Akif) Ağamirzə oğlu 1957 — ci ildə sentyabr ayının 25-də Azərbaycan Respublikasının Xocavənd rayonunun Əmirallar kəndində zəhmətkeş ailədə dünyaya göz açıb.
Qoy Eynulla Həsənovun yaşının üstə gələn bu yaş, ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxtliklər gətirsin.


O, 1975-ci ildə Xocavənd rayon Əmirallar kənd orta məktəbi bitrib, 1976- 1978 -ci illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.
1979 — 1988-ci İllərdə Xocavənd rayonun Əmirallar kəndində klub müdiri işləyib. Düşmən təxribatları başlayan gündən qardaşları ilə birgə daim ön sırada yer alıb.
2001-ci ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xocavənd rayon şöbəsinin sədridir.
1991 — 2000- ci illərdə Beylaqan könüllü müdafiə batalyonun və Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində və batalyonlarda taqım, böluk və tabor komandiri Vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.


Azərbaycan Ərazi bütövlüyü uğrunda (Xocavənd, Beylaqan və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.O 1992 -ci ilin mart ayının 27-də Xocavənd rayonunun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yarlanıb. Beyləqan rayonunun müdafiəsində komandirlik etdiyi batalyonun misilsiz xidmətləri olub. Ağır və şərəfli bir döyüş yolu keçən batalyonun əsgərləri bu gün ictimai fəaliyyətdə öz komandirlərinin yanındadırlar.
Həsənov Eynulla (Akif) Ağamirzə oğlu 44 günlük Vətən müharibəsində daimi hərbi qulluqçularmızın yanında olaraq əlindən gələn köməyi onlardan əsirgəməyib.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Hərbi Andın, Hərbi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Nizamnamələrinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.



Hərbi və İctimai vəzifələrin icrasına məsuliyyətlə yaşadığına görə Fəxri fərmanlarla, Qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif edilib.
-» Müharibə Veteranı» medalı
-Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasının » (1994 — 2019) 25 illiyi yubiley medalı ilə;
-» Silahlı Qüvvələrin yaranmasının » ( 1918 — 2018) 100 illiyi medalı ilə;
-» Böyük Zəfər medali ilə «


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, EYNULLA BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN GÖZƏL NƏ VARSA, SƏNİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin hüqüq məsələlər üzrə müavini polkovnik Salman Musayev


