Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsi olaraq müharibə veteranlarımızla birlikdə Lənkəran Peşə Liseyinin direktoru Birinci Vətən Müharibəsi iştirakçısı Afər müəllimin təşkilatçılığıyla 27 Sentyabr Anım günüylə bağlı Şəhidlərimizin əziz xatirələrini yad etmək üçün Dama İdman növü üzrə yarış keçirildi.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev məlumat verib.
Saleh Dostiyev bildirdi ki, şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdik. Peşə Liseyinin məzunu şəhid Röyal İbrahimovun atası Qulam İbrahimov çıxış etdi və 44 günlük Vətən müharibəsi günlərində şəhidlərimizin qanı hesabına qazandığımız qələbədən söhbət açdı.
AVMVİB üzvləri çıxış edərək şəhidlərin qəhrəmanlıqlardan danışdılar. Tələbələrə Vətəninə, Xalqına layiqli övlad kimi yetişməyi tövsiyə etdilər. Allahdan şəhidlərinizə rəhmət , şəhid ailələrinə səbr dilədik.
Şəhidlər Ölməzlər, Əbədi Yaşarlar!
Elnur Səlim


