
XAQANİ Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri
Putinin qismən səfərbərlik elan etməsindən sonra Rusiyada baş verən hadisələr, xüsusən İrkutsk və İjevskdəki hadisələr ciddi siqnallar sayılmalıdır. Daha dəqiq desək bu olaylar cəmiyyətdəki zəif yerlərin üzə çıxarılması üçün atılan addımlara bənzəyir. Milli ucqarlarda dirənişin daha sərt xarakter alması danılmazdır. Artıq xalqlar bir monarxın uğrunda işğalçılıq müharibəsinə qoşulmaqdan rəsmən imtina edirlər və bu rəsmi federasiya qanunlarına uyğundur. Bu özgə bir mövzudur. Vaxtı ilə erməni separatizmini üzərimizə saldıqları «muxtar qurumların müqəddəratı» ilə bağlı müddəa Sovet Konstitusiyasından kalka yolu ilə RF Konstitusiyasına salınıb və 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçılarının imzaladığı yekun Aktının «Bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipi» işə salına bilər.
Rusiyanın qismən səfərbərlik elan etməsi, ordunun yenidən bərpa olunması zərurəti ilə bağlıdır. Bu addım Rusiya ordusunun Ukraynada məruz qaldığı ağır itkilərdən xəbər verir və Rusiya bu addımla Ukraynanın verdiyi itkilər barədə faktı təsdiqləyir. Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə münaqişə zamanı ən azı 6476 əsgər itirdiyi bildirilir. Bunlar yalnız açıq mənbələr tərəfindən təsdiqlənmiş itkilərdir, ona görə də toplanmış məlumatlar itkilərin real səviyyəsini əks etdirmir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sentyabrın 24-nə olan məlumata görə, şəxsi heyət arasında işğalçıların ümumi döyüş itkiləri təxminən 56.300 nəfərdir (gündə +240). Ortada olan iki fərqli rəqəmin, yəni 56.300 və 6476, hansı reallığa daha yaxındır?
Onu da xatırladım ki, Şoyqu Ukrayna ordusunun itkilərini təqribən 61 000 əsgərin öldüyünü və 49 000 yaralının olduğunu bəyan edib. Bu isə faktiki olaraq Ukraynanın fəaliyyətdə olan ordusunun demilitarizasiya edilməsi deməkdir. Hərçənd Ukrayna tərəfi bu rəqəmi 11 min nəfər ölü və 18 min yaralı, USQ Baş Komandanı Zalujnı isə sentyabr üçün bu rəqəmi 9 min ölü olaraq göstərir. ABŞ Müdafiə nazirliyi də Ukrayna itkilərini əks etdirən eyni rəqəmlər ortaya qoyub. Amma Rusiya ilə bağlı isə 23 sentyabr 2022-ci il üçün Ukrayna tərəfi Rusiyanın canlı qüvvə itkisini 56.060 nəfər, ABŞ MN 70.000 nəfər, Böyük Britaniya MN 5 sentyabr üçün 80.000 nəfərin fərari, ölü, əsir və yaralı olduğunu qeyd edib.
BBC-nin Rusiyanın itkilər barədə yalan məlumat verməsiylə bağlı bir araşdırması var. O, yazır: «Nə qədər ölülərin rəsmi hesabat seçimimizə daxil olmadığı barədə bir fikir qəbiristanlıqlardan alınan məlumatlarla təxmin edilir. Biz hər həftə Rusiyanın müxtəlif ərazilərində yerli hakimiyyət orqanları tərəfindən bildirilməyən rus hərbi dəfn mərasimləri haqqında yeni dəlillər aşkar etdik.
Kalininqraddan Vladivostoka qədər 50 qəbiristanlıqda vəziyyəti öyrəndik. Onlardan 45-də nəinki rəsmilər və KİV-lər tərəfindən ölüm xəbəri yayılan əsgərlərin məzarları, həm də 24 fevraldan sonra ölən hərbçilərin dəfnlərinin sayı ictimaiyyətə açıqlanmadığı aydın oldu.
Bu müşahidələrə əsasən güman edə bilərik ki, BBC-nin apardığı təsdiqlənmiş itkilər siyahısında Rusiyada dəfn edilənlərdən ən azı ölənlərin adları 40-60% az ola bilər».
Artıq Rusiyanın özündə də Şoyqunun rəqəmlərinə inanan yoxdur. Son çağırışa qarşı qiyam da elə bununla bağlıdır. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, analitik Qurban Vahidov öz facebook səhifəsində maraqlı bir faktı paylaşıb: «Məşhur rusiyalı milyarder iş adamı, siyasi mühacir, müxalifətçi Mixail Xodorkovski Rusiya Maliyyə Nazirliyindən əldə etdiyi çox maraqlı bir rəsmi sınəd paylaşıb. Həmin sənəddə qeyd edilir ki, 26.08.22 tarixinə həlak olmuş hərbçilərin ailələrinə 361 milyard rubl kompensasiya ödənilib ki, bu da adambaşına 7.4 milyon rubl hesabı ilə 48.759 hərbçi deməkdir.
Nəzərə alın ki, bu statistikaya Rosqvardiyanın, qondarma DNR və LNR ordularının, müxtəlif xarici muzdluların itkiləri, həmçinin USQ-nin son günlərdəki məhv etdiyi hərbçilərin sayı daxil deyil. Məsələ bununla da bitmir, Maliyyə Nazirliyi xüsusi hərbi əməliyyatın hələ yekunlaşmadığını və onun gələn il də davam edəcəyini nəzərə alaraq, bu məqsədlə əlavə 1 trilyon rubl ayrılmasını xahiş edir ki, bu da 200 min əsgərin həlak olacağını nəzərdə tutur».
Kreml hərbi vəziyyətin tətbiqi və kişilərin xaricə getməsinə qadağa qoyulması imkanlarını müzakirə edir və Rusiya prezidenti Vladimir Putinin sentyabrın 30-da Federal Məclisə müraciəti 2014-cü ilə uyğun şəkildə aparılacaq.
Bunu «Верстка» adlı rus nəşri yayıb. Cümə günü səhər saatlarında Rusiya Müdafiə Nazirliyi bildirib ki, bəzi yüksək texnologiyalı sənaye müəssisələrinin, eləcə də ölkənin maliyyə sisteminin fəaliyyətini təmin etmək üçün vətəndaşların qismən səfərbərliyi çərçivəsində hərbi xidmətə çağırılmamaq barədə qərar qəbul edilib. müvafiq ixtisaslar və hazırlıq sahələri üzrə ali təhsilli. Söhbət İT, rabitə, media və maliyyə üzrə mütəxəssislərdən gedir. Rəqəmsal İnkişaf Nazirliyi bu qərarı dəstəkləyib.
“Russia Today” təbliğat agentliyinin baş redaktoru Marqarita Simonyan Rusiyada qismən səfərbərlik zamanı çoxsaylı qanun pozuntularından danışıb.
Bu barədə o, Telegram kanalında yazıb.
Emosional paylaşımlarda təbliğatçı yaşı uyğun olmayan tələbələrə səslənib.
“Dünən rəsmi olaraq elan olundu ki, səfərbərlik əyani və axşam təhsil alan tələbələrə şamil edilmir, bu gün isə hərbi komissarlıqlar deyir ki, “bu, yalnız çağırışçılara aiddir, səfərbər olanlara deyil” — yazıb.

Sentyabrın 21-də prezident Vladimir Putin vətəndaşlara müraciətində deyib ki, kollektiv Qərbin bütün hərbi maşını Rusiya ordusuna qarşıdır. Bu vəziyyətdə dövlət başçısı Müdafiə Nazirliyi və Baş Qərargahın Rusiyada qismən səfərbərlik keçirmək təklifini dəstəkləməyi zəruri hesab edir. Dövlət başçısı vurğulayıb ki, onun çərçivəsində yalnız ehtiyatda olan, ilk növbədə isə Silahlı Qüvvələrdə xidmət etmiş, təcrübəsi və hərbi ixtisası olan vətəndaşlar çağırılacaq.
Bu fakt sübut edir ki, Rusiyanın süni şəkildə yaratdığı «düşmən» obrazı iflasa uğrayıb.
Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, ümumilikdə 300 min ehtiyatda olan hərbçi çağırılacaq ki, bu da ümumi səfərbərlik resursunun bir faizindən bir qədər çoxunu təşkil edir.
Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. Bildirilir ki, döyüş əməliyyatlarında iştirakdan imtinaya görə 3 ilədək, bu, “ağır nəticə”lərə səbəb olduqda isə 10 ilədək azadlıqdan məhrumetmə gözlənilir. Səfərbərlik dövründə fərariliyə görə 15 ilə qədər həbs cəzası veriləcək.
Qanun həmçinin xəstəlik göstərərək, özünü şikəst etməklə, sənədləri saxtalaşdırmaqla və ya digər saxtakarlıqla vəzifə borcunu yerinə yetirməkdən imtina edən hərbçiyə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutur.
Rusiyanın paytaxtı Moskva şəhərində səfərbərliyə qarşı keçirilən aksiyalarda 500-dən çox etirazçı inzibati məsuliyyətə cəlb edilib. Məlumata görə, saxlalanılan 192 kişiyə hərbi komissarlığa çağırış vərəqəsi verilib.
Ukraynalı hərbi ekspert Vladislav Seleznev hesab edir ki, Rusiya Federasiyası 300 min insanı səfərbər edə bilməyəcək.
“Rusiya Federasiyası silahlı qüvvələrinin komissarlıqlarının işinə nəzər salsanız, bu iş, bir qədər axsayır. Biz görürük ki, ildən-ilə eyni hərbi komissarlıqlar hərbi xidmətə çağırışla bağlı nəzərdə tutulan planları yerinə yetirmirlər. Rusiya qoşunlarının çatışmazlığı, məhz hərbi xidmətə planlı çağırış zamanı baş verir”.
Seleznevin sözlərinə görə, belə bir səfərbərlik sisteminin mövcudluğu şəraitində rusların Ukraynadakı müharibə üçün ən qısa zamanda kifayət qədər kadr toplaya biləcəyinə əmin deyil.
«Mən heç demirəm ki, onlar elan edilən 300 minə müraciət edə biləcəklər. Söhbət çox aşağı rəqəmlərdən gedir», — deyə Seleznev vurğulayıb.
Eyni zamanda o qeyd edib ki, təbii ki, Ukrayna Rusiya işğalçılarının say gücündə dəyişikliklərə diqqət yetirməlidir, lakin ilk növbədə, Ukrayna ordusunun döyüş qabiliyyətinin artırılmasına diqqət yetirməlidir.



Bu kontekstdə o xatırladıb ki, Ukrayna hazırda tərəfdaşlardan çox təsirli silahlar alır.
Rusiya ilə Gürcüstan arasındakı yeganə quru sərhədi Yuxarı Lars keçid məntəqəsində ümumi uzunluğu 20 kilometrdən çox olan tıxac yaranıb. Rusiya «sapoqla» döydüyü qapılardan indi imdad umurlar…
