DİM-də sertifikat imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) Pearson VUE (Virtual University Enterprises) tərəfindən “Oracle” korporasiyasının “1Z0-809 (Java SE 8 Programmer II)” və “Huawei” şirkətinin “HCIE-Storage (Written) V2.0” adlı sertifikat imtahanları keçirilib.

DİM-dən Mektebgushesi.az -a bildirilib ki, ümumilikdə imtahanlarda həftə ərzində 2 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün qayda və prosedurlara riayət olunub.

Müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.

Bu xəbəri paylaşın: