ERMƏNİSTANDA VƏZİYYƏT GƏRGİNLƏŞDİ — VİDEO

Daha öncə bildirildiyi kimi, «İşıqlı Ermənistan» və «Çiçəklənən Ermənistan» partiyalarının deputatları səsvermədə iştirak etməyiblər.

Çoxluqda olan «Mənim addımım» fraksiyasının 87 nəfər deputatı Baş Prokurorun Qaqik Tsarukyanın deputat toxunulmazlığından məhrum edilməsi və ona qarşı cinayət təqibi başlanmasına dair qaldırdığı vəsatətə səs verdilər.


Nəhayət, Ermənistan parlamenti həm də 87 səslə deputat Qaqik Tsarukyana qarşı cinayət işinin başlanmasına və onun azadlıqdan məhrum edilməsinə dair Baş Prokurorun vəsadətinə razılıq verdi.


Q. Tsarukyanın evində AXTARIŞ aparılması və ƏMLAKI barədə qısa VİDEO xülasəni təqdim edirik:

İsmayıl Tanrıverdi

P.S. Ermənicə danışığa görə üzr istəyirik. Sadəcə «acından ölən» erməninin mal varlığını diqqətinizə çatdırırıq…

Bu xəbəri paylaşın: