Balakən rayonunda şəhidin ad günü qeyd olunub

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin üzvləri qəhrəman şəhid Vahid Tahir oğlu Əlisoltanovun doğum gününü şəhidin məzarı başında qeyd ediblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayevin verdiyi məlumata görə, rayon veteranları və şəhidin yaxınları ad günü münasibətiylə şəhidin məzarını ziyarət edərək gül qoyub, dualar etmişlər.

Həmçinin Aydın Abdullayev onu da qeyd etdi ki, şəhid Vahid Əlisoltanov AVMVİB sədri Füzuli Rzaquliyevin oğlu baş leytenant İlkin Rzaquliyevlə birgə döyüşmüşlər. Döyüş dostları zaman-zaman şəhidin ailəsinə baş çəkirlər.

Allah rəhmət eləsin!

Elnur

Bu xəbəri paylaşın: