
- Xaqani ƏDƏBOĞLU
- AVMVİB Mətbuat Xidmətinin rəhbəri
Fedai.az Araşdırma Qrupu yekunlaşdırdığı (28.06.2021. https://fedai.az/?p=41389) bir araşdırma, 44 günlük Vətən müharibəsində düşmən ordusu öz şəxsi heyətindən itirdiyi canlı qüvvəsinin sayı elan etdiyimiz kimi 12750 nəfərdən artıq olduğunu sübut edə bilmək gücündədir. Rəsmi olaraq Ermənistan 11 min nəfərin müxtəlif dərəcəli xəsarətlər almasını təsdiq edir. 2020-ci ilin payızında Dağlıq Qarabağdakı müharibə zamanı təxminən 11 min erməni əsgəri və könüllüsü yaralanıb, Ermənistan Silahlı Qüvvələrinin hərbi tibb idarəsinin müdir müavini Qeqam Paşikyan deyib (28.03.2021).
Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamasında görə, Qarabağ müharibəsinin ikinci mərhələsində Ermənistan tərəfi 3770 canlı itki verib və daha 243 nəfər itkin düşmüş hesab olunur. Eyni informasiya Hüquq-mühafizə orqanlarına görə, Ermənistan tərəfdən ölən hərbçilərin və mülki şəxslərin sayı 3822 nəfərdir, 187 əsgər və 21 mülki şəxsin yeri məlum deyil. Fərqi özünüz görürsünüz. Çünki, necə deyərlər yalançının yaddaşı olmaz. İnformasiyalar eyni həftə içində verilib.
Xatırladaq ki, sonuncu dəfə rəsmi səviyyədə belə bir məlumat bu ilin aprelində açıqlanmışdı: Paşinyan 3825 nəfərin öldüyünü açıqlamışdı. İstintaq Komitəsinin 21 mart 2022-ci il tarixli məlumatına görə, (S)artsax və Ermənistanda öldürülən erməni hərbçilərin və mülki şəxslərin sayı 3822 nəfərdir, 187 hərbçinin və 21 mülki şəxsin harada olduğu bilinmir.
Xatırladaq ki, sonuncu dəfə rəsmi səviyyədə belə bir məlumat bu ilin aprelində açıqlanmışdı: Paşinyan 3825 nəfərin öldüyünü açıqlamışdı. İstintaq Komitəsinin 21 mart 2022-ci il tarixli məlumatına görə, (S)artsax və Ermənistanda öldürülən erməni hərbçilərin və mülki şəxslərin sayı 3822 nəfərdir, 187 hərbçinin və 21 mülki şəxsin harada olduğu bilinmir.
Xarici mətbuatda isə Ermənistan və DQR üzrə itkiləri 7630 hərbçi həlak olmasını qeyd etmişdilər (8 noyabr 2020-ci il). Manukyan (Novosti Armenii) bir sıra yerli televiziya şirkətlərinə müsahibəsində vurğulayıb ki, hər bir dövlət üçün müharibə nəticəsində ərazi itkiləri böyük faciədir: həm insan itkiləri, həm iqtisadiyyata, həm də ən əsası, şərəfinə və xalqın ləyaqətinə zərbədir. Bununla belə, bir sıra qeyri-rəsmi hesablamalara görə, o cümlədən diplomat Mikael Minasyan və Ermənistanın keçmiş müdafiə naziri Vazgen Manukyan bildirdiyinə görə, qurbanların sayı 5 mini ötüb.
«Bu müharibədə biz Livanla bərabər ərazini, (S)artsaxın əhəmiyyətli bir ərazisini itirdik. Biz 5 mindən çox əsgər itirdik ki, bu da yəqin ki, Ginnesin rekordu sayıla bilər — 2,5 milyonluq xalqın 44 gündə verdiyi itkilər…”, – Manukyan qeyd etmişdi.
Döyüş əməliyyatları başa çatdıqdan sonra Ermənistan Səhiyyə Nazirliyi Qarabağdakı müharibədə erməni tərəfdən 2,3 mindən çox əsgərin həlak olduğunu açıqlamışdı. Diplomat Mikael Minasyanın sözlərinə görə, ölkə hakimiyyəti öldürülənlərin sayı barədə məlumatları qəsdən gizlədir və onun sözlərinə görə, bu, təxminən 4,7 min əsgərə çatır. Həmçinin, Ermənistanın İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan bildirib ki, Ermənistanın İstintaq Komitəsi Silahlı Qüvvələrdə xidmət aparan təxminən 12 600 nəfərə qarşı 1 600-ə yaxın cinayət işi açıb. Bu işlər çərçivəsində 883 nəfər, o cümlədən 78 zabit (onlardan 17 yüksək rütbəli zabitdir), 150 müqaviləli hərbi qulluqçu, 491 ehtiyatda olan hərbçi, 36 çağırışçı, 128 mülki şəxs ittiham olunub. Elə bu fakt da erməni itkilərinin böyüklüyüdən xəbər verir. Bu miqyasda cinayət işinin açılması itkinin miqyası ilə bağlıdır.

Böyük Britaniyanın «The Economist» nəşri bütün dünyada artan ölüm hallarını müqayisə edib. The Economist qeyd edib ki, məlumatı «Human Mortality Database» və «World Mortality Dataset» saytlarının dünya məlumat bazalarından götürüb.
Nəşrin məlumatlarından bəlli olur ki, 2020-ci il sentyabrın 1-dən 2021-ci il yanvarın 31-nə qədər olan dövrdə Ermənistanda koronavirusdan ölüm halları istisna olmaqla (!) 6303 ölüm halı qeydə alınıb.
Yəni, «The Economist» nəşrinin statistik məlumatlarına əsasən, belə çıxır ki, 44 günlük müharibədə Ermənistanın itkiləri təxminən 6300 nəfər təşkil edib. Demoqrafik olaraq da bu fakt özünü Əhalinin siyahıyaalınmasında da göstərir. 2019 — ci il (2965,3), 2020-ci il (2959,7) əhalinin artımı mənfi «- 5600» saldoya malikdir.
Düşmən tərəfdən alınan informasiyalar bir mənalı olaraq Fədai.az Araşdırma Qrupunun irəli sürdüyü 12700 nəfər itki istiqamətində gedir. Vaxtı ilə Aprel döyüşlərində düşmən itkilərini biz 545 nəfər olduğunun hesabatını vermişdik. Nikol Paşinyan Aprel döyüşlərini araşdırmaq üçün komissiya yaradandan sonra bizim hesabat öz təsdiqini tapdı. İllər sonra Aprel müharibəsini araşdıran istintaq komitəsinin sədri Andranik Koçaryan mətbuat konfransında demişdi: “Biz 2016-cı ilin aprelində 547 nəfər əsgər və zabit itirmişik.” Andranik Koçaryan bu günə qədər itkilərin gizli saxlanılmasını belə izah etmişdi». Yəni bizim araşdırma -2 nəfər az göstərdiyimiz fakt öz təsdiqini tapdı. Haırda düşmən tərəf 44 günlük müharibədə itkilərini hələ də gizləməkdədir. Qondarma «DQR Müdafiə Ordusunun» adından verilən 4 aprel tarixli hesabatda bildirilirdi ki, vəziyyətin gərginləşməsi başlayandan Ermənistan tərəfi 7 tank itirib, 20 hərbçi həlak olub, 72 hərbçi yaralanıb, daha 26 hərbçi itkin düşüb. Amma bu rəqəm ən son İstintaq Komitəsi və yaradılmış komissiya 547 nəfər əsgər və zabit olduğunu elan etdi.
Ermənistanda 44 günlük müharibədə itkilərin dəqiq rəqəmlərini hələ də deyə bilmirlər. Ermənistanın “Aramo” terror qruplaşmasının komandiri olmuş Aram Torqomyan «Голос Армении» qəzetinə müsahibəsində bildirib ki, reallıqda 44 günlük müharibə zamanı Ermənistan ordusu səslənən rəqəmdən iki dəfə çox itki verib.
“Müharibə dayandırılanda Zəngəzurun müxtəlif yerlərində “Spayka” şirkətinin soyuducuları erməni hərbçilərinin meyitləri ilə dolu idi. Bizim Paşinyanın inandırdığı kimi 3 min yox, 9 mindən çox qurbanımız var”, — deyə Torqomyan bildirib (Video).
Mövzuyla bağlı erməni mətbuatından bir yazını ixtisarla təqdim edirəm:
«Голос Армении» qəzeti yazır:
— “Oktyabrın 26-da Alen Simonyan səhv edib. Hər halda, bu, onun mətbuat katibinin versiyasıdır. Jurnalistlərlə söhbət edən bu bahalı avtomobil həvəskarı əvvəlcə “Ermənistana hər gün hücum edilir, telekanallarda məşhur aktyorlardan hər cür nağıllar eşidirik” dediklərindən şikayətlənir, sonra isə qəfildən deyir: “Nəticədə sentyabr ayında edilən hücumda 240 ölümüz var.» Yarım saatdan az müddətdə MM sözçüsü Tsovinar Xaçatryan bu məlumatların “çaşqınlığın nəticəsi” olduğunu bildirməyə tələsdi və yalnız rəsmi məlumatlara inanmağa çağırdı.
13-14 sentyabr tarixlərində döyüşlər nəticəsində ölənlərin məhz bu sayını nəyə görə 240 olaraq qeyd etdi? Simonyan nə qədər erməni hərbçisinin həlak olmasının — 201, yoxsa 240 olması nə vecinədir, yoxsa o, yaxşı bilir ki, real rəqəm rəsmi rəqəmdən qat-qat çoxdur?
Xronologiyadakı acınacaqlı statistikanı sizə xatırlatım. Sentyabrın 16-da Paşinyan ölənlərin ilkin sayını açıqlayıb — 135. Sentyabrın 19-da Təhlükəsizlik Şurasının iclasında o, ölən və itkin düşənlərin sayının 207-yə çatdığını, 20 hərbçinin əsir götürüldüyünü bildirib. Sentyabrın 30-da İstintaq Komitəsi 201 ölü olduğunu dəqiqləşdirdi, çünki bəziləri sağ tapılıb. Bu, «rəsmi məlumat» hesab olunur.

Sentyabrın 30-da axşam saatlarında Paşinyan Ermənistan televiziyasına müsahibəsində bildirib ki, “Azərbaycanın son təcavüzü zamanı həlak olanların siyahısını hərbçilərin Həyat və Sağlamlıq Sığortası Fondu açıqlayacaq”. Və əlavə etdi ki, «hakimiyyət 44 günlük müharibədən sonra çıxardığı nəticələrə əsaslanaraq belə bir yanaşmanın məqsədəuyğunluğu barədə nəticəyə gəlib». Nikol hansı “nəticələr”dən danışdığını izah etməyi lazım bilməyib, göstərdiyi struktur isə son bir ay ərzində heç bir siyahı dərc etməyib.
Bildiyiniz kimi, erməni tərəfi dəfələrlə — əvvəlcə Baş Qərargah rəisi, sonra isə faktiki baş nazir səviyyəsində bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələri ölənlərin cəsədlərinin, meyitlərinin olduğu ərazilərə giriş-çıxışı təmin etmir. Eyni zamanda, bu ərazidə dəqiq neçə ölü və itkin erməni əsgərinin cəsədinin qaldığı barədə məlumat verilməyib. Son bir ay yarım ərzində Bakı sentyabrın 17-də 32, sentyabrın 20-də 95, sentyabrın 23-də isə daha 6 meyit təhvil verib.
Oktyabrın 27-də Azərbaycan daha 10 nəfərin meyitini Ermənistana qaytarıb. Üstəlik, bu, Ermənistan tərəfinin qeyri-rəsmi xəbərləri şərh etmədən açıq şəkildə gizlətdiyi çox qəribə şəraitdə baş verib. Belə ki, bir sıra teleqram kanallarının məlumatına görə, qalıqların köçürülməsi… Şuşada baş verib və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı arasında aparılan danışıqların nəticəsi olub. “Rusiya tərəfinin müraciəti əsasında Azərbaycan nümayəndələri qeyd olunan meyitlərin sentyabrın 12-13-də baş vermiş hərbi toqquşmadan sonra Azərbaycan hərbçiləri tərəfindən aşkar edildiyini bildiriblər”, — deyə məlumatda deyilir.
Belə olan halda istər-istəməz sual yaranır: Sünikdə həlak olan erməni əsgərlərinin cəsədləri Şuşaya necə düşüb? Həm də: niyə danışıqları Ermənistan ərazisindəki toqquşmalara formal olaraq heç bir aidiyyatı olmayan ruslarn komandiri aparıb? Ay yarımdan sonra ölənlərin sayı, cəsədlərin harada olması, adların siyahısını demirəm, dəqiq məlumat yoxdursa, ölənlərin cəsədləri ətrafında əslində nə baş verir?
Bunun fonunda parlamentin spikeri 240 rəqəmini ortaya qoyur ki, bu da dərhal “çaşqınlığın” nəticəsi elan edilir və ekspertlər bildirirlər ki, sonuncu dəfə qaytarılan cəsədləri nəzərə alsaq, ölənlərin sayı artıq 220-dir. Hakimiyyət burada da susur, bu xəbərləri şərhsiz qoyur və şübhələri daha da gücləndirir ki, Alen Simonyan, çox güman ki, “çaşqınlıq içində” Azərbaycana sentyabr təcavüzünün qurbanlarının real sayını açıqlayıb. Paşinyanın 44 günlük müharibədə həlak olanlarla bağlı dediyi “artıq və ya əskik (+,-) 50”-ni xatırlasaq, şübhəsiz ki, Nikol və Alen üçün 2 gündə 201, yoxsa 39 hərbçinin ölməsinin həqiqətən də elə bir əhəmiyyəti yoxdur…
Bu arada, 2020-ci ilin payız müharibəsinin bitmə tarixi yaxınlaşdıqca, təkzibolunmaz bir faktı qeyd etmək lazımdır: heç olmasa 2 ildən sonra Ermənistanın bədbəxt hakimiyyət orqanları nə ölən əsgərlərin dəqiq rəsmi sayını, nə də onların ad siyahısını dərc etməkdən çəkinməyəydilər. Əgər əvvəllər camaat qəzəblənir, tələb edir və buna nail olmağa çalışırdısa, indi artıq hamıya aydındır ki, bu kontekstdə satqınlar komandasından nəsə gözləmək sadəcə mənasızdır.
Beləliklə, əlavə şərhə lüzum görmürəm. Bizim Aprel 2016-cı il araşdırmamız 2019-cu ildə öz təsdiqini tapdığı kimi irəli sürdüyümüz və əsasən erməni qəbirlərinin sayımı ilə müəyyən etdiyimiz 12750 leş, 11000 yaralı və 110 nəfər itkin də öz təsdiqini tezliklə tapacaq…
