Daha bir müharibə veteranı Haqqa yürüdü

Müharibə veteranı, qazi Mürşüd Aydın oğlu Qafarov vəfat edib.

Mürşüd Qafarov 1957-ci ildə Ağdərə rayonu Baş Güneypəyə kəndində anadan olub. Hadisələrin ilk günlərindən daim öndə olub. Ağdərə rayonunun azərbaycanlılar yaşayan kəndlərinin müdafiəsi zamanı erməni-rus hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə yaralanmışdı. Qəlbi torpaqlarımızın azad edilməsiylə döyünürdü. Amma doğma Ağdərənin azad olunmasını görmədən bizlərə vida etdi.

Xatırladaq ki, mərhumun qardaşı Nüsrət Ocaqov da müharibə veteranıdır.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi, AVMVİB Ağdərə və Ağdam rayon şöbələrinin rəhbərliyi və Fədai.az kollektivi Mürşüd Qafarovun vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına, qardaşlarına dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Məkanı cənnət olsun!

Bu xəbəri paylaşın: