Paşinyan: Rusiya Federasiyası suala cavab verməlidir, sülh yolu ilə nizamlanmanın Rusiya versiyası hələ də dövriyyədədirmi?

Hər şeydən əvvəl Rusiya Ermənistanla Azərbaycan arasında sülh yolu ilə nizamlanmanın rus versiyasının hələ də dövriyyədədirmi, sualına cavab verməlidir. Baş nazir Nikol Paşinyan bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

“Biz bunun bizim üçün məqbul olduğunu söylədik. Soruşduq və cavab aldıq, amma düşünürəm ki, Rusiya Federasiyası prezidentinin “Valday” klubunda çıxışından sonra mövzu ictimailəşdiyindən mən sualı Rusiyaya yönləndirəcəyəm, qoy Rusiya açıq cavab versin”.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin “Valday” klubunun iclasında bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh yolu ilə nizamlanmanın tərəfdarıdır, lakin nəyisə diktə etmək üçün Ermənistana nəyisə sırımaq fikrində deyil, seçim erməni xalqından və Ermənistan rəhbərliyindən asılıdır. Eyni zamanda Rusiya prezidenti deyib: “Əgər erməni xalqı, rəhbərliyi hesab edir ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və bu xüsusiyyətlər nəzərə alınmalı, gələcək sülh müqaviləsində müzakirə olunmalıdır, bu da mümkündür. Amma təbii ki, Azərbaycanla danışıqlar aparmaq lazımdır, razılaşmaların qarşı tərəf üçün də məqbul olması lazımdır”.

Putin qeyd edib ki, Ermənistan Rusiyanın strateji tərəfdaşı və müttəfiqidir, Moskva isə Azərbaycanın maraqlarını nəzərə alaraq Ermənistanın nə təklif edəcəyini rəhbər tutacaq.

Hazırladı: Zəkəriyya Rəhimov

Bu xəbəri paylaşın: