“Ukrayna ordusu Xersonu geri götürdü və indi də Zelenski çıxıb deyəcək ki, Xerson bizimdir!”.
Bunu erməni jurnalist Vardan Qukasyan görüntülü şərhində deyib. Rus dilində danışan erməni çıxışının “Xerson bizimdir” hissəsini Azərbaycan dilində səsləndirib. Bu da bir daha isbatlayır ki, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və !” bəyənatı hələ də bəzi ermənilərin hafizəsini incidir.
Qukasyanın çıxışının sonrası Rusiyanın o ki var tənqidindən ibarətdir:
“Bəs dünyanın ikinci ən güclü ordusu idiniz, nə oldu? Hamınız Rusiyanın sərvətini yeyib talayırsınız. Güclü ordu məsəli də SSRİ-dən qalma saxta inancdır. Bu gedişlə Ukrayna ordusu Donetsk ilə Luqanskı da azad edəcək. Ukrayna helikopterinin rus əsgəri bombalama kadrlarına baxdım. Rus hərbçinin forması 1942-ci il Stalinqrad müdafiəsindən qalma geyimə oxşayır. Rus ordusunun təchizatı hətta Ermənistan qoşunlarından da pis gündədir”.
Qukasyan ardınca Rusiyanın Ermənistana təyinat almış bütün səfirlərinin biznesmen olduğunu bildirib.
Daha ətraflı videoda:
KONKRET.az-ın Analitik Qrupu
