Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Bərdə rayon şöbəsi noyabr ayında gördüyü işlər barədə məlumat verib.
Həm 8 Noyabr-Zəfər Günü ilə bağlı, həm də şəhidlərimizin ikinci ildönümləri ilə bağlı çox saylı tədbirlər keçiriblər.



Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Bərdə rayon şöbəsinin sədri, ehtiyatda olan kapitan İsmayıl Rüstəmov məlumat bildirdi ki noyabr ayının 4-dən noyabr ayının 13-dək, Bərdə şəhərində və Bərdə rayonun kəndlərində müharibə veteranlarının, şəhid ailələrinin iştirakı ilə, Zəfər gününə aid tədbir keçirib, şəhidlərin məzarlarını ziyarət edib, şəhidlərin anm və doğum günlərində iştirak edib, müharibə veteranlarını və şəhid ailələrini qəbul edərək problemləri ilə maraqlanıb.
Elçin Qədirov
Qarabağ bölgəsi üzrə müxbir





