Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsinin təşkilatçılığı ilə futbol görüşü keçirilib. Füzuli rayonunun «Ərgünəş» futbol komandası Ağsu rayon komandası ilə görüşüblər.
Görüşün şüarı «Şəhidlər ölməz, Vətən bölünməz!» sözləri olub.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov məlumat verib.
Maraqlı keçən görüşdə «Ərgünəş» komandası 1:0 hesabı ilə qalib gəlib.
Matç Beyləqan rayonundakı stationda keçirilib.
Elçin Qədirov
Qarabağ bölgəsi üzrə müxbir, Beyləqan


