Yüksək peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyəti ilə, təşkilatçılıq bacarığı ilə, dəqiqliyi və təmkinliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 34 ildən cox şərəfli xidməti yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında və Ədiliyə Nazirliyinin Pentensiar Xidmətində keçirən ehtiyatda olan polkovnik-leytenant Talıbov Taleh Bahadır oğlunun 14 noyabr 59 yaşı tamam olur.
Bu gün münasibəti ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Rəehtiyatda olan polkovnik- leytenant Talıbov Taleh Bahadır oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Talehin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik leytenant Talıbov Taleh Bahadır oğlu 14 noyabr 1963-cü ildə İmişli rayonunda anadan olub.1980- ci ildə İmişli rayonunda orta məktəbi, 1988-ci ildə isə SSRI Daxili İslər Nazirliyinin Daxili Qoşunların Sankt-Peterburq ( kecmiş Leninqrad) şəhərində yerləşən Ali Hərbi Siyasi məktəbi bitrib.
O,1988-hbərliyi 1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komi Avtonom respublikasında, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində,Bakı şəhərinin Binəqədi rayonunda yerləşən hərbi hərbı hissələrində böluk komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsində işləyib. 1992-2018 ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Baş İdarəsinin Konvoy- Mühafizə alayında bölük komandirinin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri, Ədiliyə Nazirliyinin Pentensiar Xidmətinin konvoy-Mühafizə alayında qərargah rəisinin köməkçisi, Alay komandirinin müavini -qərargah rəisi, Əlahiddə konvoy (taborun) hərbi hissəsinin komandiri, Ədiliyə Nazirliyinin Pentensiar Xidmətinin baş idarəsində və islah əmək (cəzaçəkmə) müəssisələrində müxtəlif rəhbər vəzifələrdə Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında və Ədiliyə Nazirliyinin Pentensiar Xidmətində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş ,əxlaqı tərbiyəsi yerində olan nizam və intizamlı hərbici kımı göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində , yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında,Ədiliyə Nazirliyinin Pentensiar Xidmətində (Əlahiddə konvoy və mühafizə hərbi hissələrində) müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində İctimai əsayişin təhlükəsizliyinin təmin edilməsində, şəhərdə, yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtşaşların qarşısının alınmasında, axtarışda olan şəxslərin aşkar edilib tutulmasında, fövqaladə vəziyət zamanı hüquqi rejim, karantin tədbirlərinin həyata keçirilməsi istiqamətində,dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.


Taleh Bahadır oğlu Talıbov qorxmaz, insanpərvər, saxavətli, əliacıq, vəfalı, zəhmətkeş baş zabitdir və yaxşı ailə başçısıdır .O, təhsil aldıgı ali və orta təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivllərdə, dost-tanış qohum- əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi-doyüs keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə funksional vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə, SSRİ Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, Ədiliyə Nazirinin və onun müavinlərinin, Alı hərbi siyasi məktəb rəisinin, hərbi hissə komandirinin və onun müavininlərnin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilb.
O,xidmətdə fərqləndiyinə görə SSRI Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər və Ədiliyə Nazirlərinin müvafiq əmrləri ilə bir sira medalarla ilə təltif olunub.
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ…UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.BU İLIN SONUNDA GERIYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR «MÖCÜZƏ İLDİ » DEYƏRSƏN. BÜTÜN ARZULARLNININ REALLAŞMASI DİLƏYİMLƏ. XOŞBƏXT İLLƏRƏ…
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi işlər üzrə müavini polkovnik Salman Musayev

