Böyük Azərbaycan hökmdarı Hülakü Xan

Hülakü Xan. O, adətən ərəblərlə döyüşdüyü üçün müəyyən qruplar tərəfindən heç bəyənilmir, hətta pislənir.

Hülakü Han təsvirlərə görə fiziki cəhətdən monqollardan fərqli olub. O, əcdadı Göktürklərə söykənən, indi alimlər tərəfindən sarışın, mavi gözlü, ağ dərili bir insan olduğu sübuta yetirilən saf qanlı bir türk olduğu bilinən Hülakü türkdür.

Hülaku xanın başqa xüsusiyyəti. Fəth etdiyi yerlərdə türkcə danışmağı məcbur edib. İran tarixini araşdıranda bunu görürük. Türkcə danışmağa məcbur edən tək hökmdarı türk olmaqdan necə kənarlaşdıraq?

İslamlaşma adıyla ərəbləşib onların mədəniyyətini yaşatmağı dərk edən türk milləti, bəlkə də bu gün türkcə danışmağı belə Hülaku xana borcludur.

Bağdad kampaniyası olmasaydı Anadolu türklüyü bəlkə də tamamilə ərəbləşəcək və ya farslaşacaqdı.

Tarix yazanlar, çox şeyləri nəzərdən qaçırır, çünki onlar heç vaxt tarix yaradanlara sadiq qalmırlar. Misal üçün, Talkan və Cürcanda ərəblər (Küteybə Bin Müslüm) tərəfindən öldürülən yüz minlərlə türkün adı belə çəkilmir.

Türk Gəncliyi olaraq: Tariximizin nöqtəsindən vergülünə qədər hər şeyi qoruyacağıq. Türk körpəsi! Nəslindən minlərlə qəhrəmanın olduğunu biləcək, türk olması ilə fəxr edəcəksən!

Hülakü xanın Xəlifə Möstəsim Billaha yazdığı məktubu təqdim edirik:

“Bağdada girib, Tanrının qılıncı ilə buranı alacağıq. Lakin əvvəlcə şəhərin sahibinə, yəni sənə 2 sual verdik, sən isə sualımıza cavab vermədin. Buna görə də bizim qəzəbimizə düçar oldun. Bundan sonra Tanrının buyurduğu kimi, öz günahlarının cəzasını çəkəcəksən.

Çünki biz Tanrının qüvvəsinin köməkliyi ilə mübarizə aparırıq. Şübhəsiz ki, biz Tanrının Yer üzündəki əsgərləriyik. O, qəzəbinə düçar olanların üzərinə bizi göndərir. Hədislər sizə ibrət, sözümüz isə nəsihət olsun!

Neçə-neçə insanları yox etdik, uşaqları atasız qoyduq, Yer üzünün düzənini dəyişdirdik və alt-üst etdik. Sizin taleyinizə qaçmaq yazılıb, bizə isə qaçanları təqib edib tutmaq. Bizim qılıncımızdan xilas ola bilməyəcəksiniz. Harada olmağınızdan asılı olmayaraq, oxlarımız sizə sancılacaq. Atlarımız bütün atlardan sürətli qaçır və oxlarımız bütün qalxanları deşir. Qılıncımız ildırım kimi başınıza enəcək. Sayımız qum dənəsi qədər çoxdur. Bizdən aman istəyənlər sağ qalacaq, savaşanlar isə peşman olacaq.

Siz bizə “kafir” deyirsiniz, biz isə sizə “fasiq”. Biz hər şeyi idarə edən Tanrı tərəfindən qarşınıza çıxarıldıq. Yer üzünün qərbi də, şərqi də bizim əlimizdədir! Xilasınız mümkün deyil!”

Bu xəbəri paylaşın: