GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN ƏSGƏRİ!

На изображении может находиться: Xaliq Huseynov, сидит

Xaliq Hüseynov

AVMVİB-nin fəxri üzvü, həkim

Bu gün 26 iyun — Azərbaycan Silahlı Qüvvələr gününü qeyd edirik.

Vətən, torpaq, milli mənliyə dəyər verən hər bir kəs üçün müqəddəs gündür, bu gün! Vətəni sevmək imandan olduğu kimi Vətəni qoruyan orduya, əsgərə olan vətənpərvərlik bağı da möhkəm, qırılmaz olmalıdır.

100 ili aşan tarixə malik ordumuza rəsmi qiymət — 26 iyunun — Silahlı Qüvvələr günü kimi qeyd olunması ilk dəfə 1998-ci ildə Ulu Öndər H. Əliyev tərəfindən imzalanan fərmanla verildi. Ümummilli lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı.Bir qisminin həqiqi Vətən fədaisi, bir qisminin isə vətən xaini olduğu hərbi birləşmələrdən nizamlı, müzəffər bir ordu yaratmaq çətin və məsuliyyətli bir vəzifə idi.Xalqın çətin günlərində ona dayaq duran vətən fədailəri bir yerə toplanaraq, xəyanətkarlardan arındılar, saflaşdılar.

Beləliklə, Azərbaycan ordusu yenidən, zərrələrdən toparlanıb, güclənməyə, var olmağa başladı. Bu möhtəşəm QURULUŞU layiqli davamçı cənab prezident İlham Əliyev qüdrətli bir sərkərdəyə xas olan cəsarətli qərarları, mahir ordu quruculuğu qabiliyyəti olan əsl vətənpərvər kimi davam etdirməkdədir! Yarım qalmış müharibənin ən dəhşətli zərbəsi ondan ibarət idi ki, ard-arda faciələr yaşamış xalqımızın döyüş ruhu sındırılmışdı.Bu torpağın uğrunda canından keçən saysız şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin, yenidən döyüşə atılmağa hazır olan bacı və qardaşlarımızın xidməti əvəzsiz olsa da, torpaqlarımızın işğalı hər birimizin mənəvi çöküşünə səbəb olmuşdu.Yeni bir həmlə, yeni bir nəfəs ilə ilk öncə Mübariz İbrahimov, daha sonra 2016-ci il aprel döyüşlərində misilsiz şücaət göstərən — şəhid, qazi, əlil olan igidlərimizin timsalında Azərbaycan ordusu öz yenilməzliyi ilə tarix yazaraq yenidən öz qüdrətini özünə qaytardı! Bu bir həqiqət və reallıqdır ki, Azərbaycan ordusunun qüdrətini, Azərbaycan əsgərinin yenilməzlik obrazını cəmiyyətimizə, habelə dünya ictimaiyyətinə, məhz İlham Əliyev təqdim etdi.

Bir növ gözümüzü qırmağa çalışan mənfur ermənilərin dünya miqyasında mükəmməl siyasi taktika ilə işğalçı, rasist və terrorçu bir millət olduqları bütün dünyaya bəyan edildi.

Ən mötəbər kürsüdən erməni dövlətinin, məhz Azərbaycan torpaqlarında yaradılması həqiqəti Azərbaycan tarixində ilk dəfə cəsarətli bir sərkərdə kimi Ali Baş Komandan İlham Əliyev tərəfindən diqtə edildi. Bu siyasi gedişlər Azərbaycan ordusunu addım-addım böyük Qələbəyə doğru aparır!

Bu gün hər bir azərbaycanlı inanır ki, Azərbaycan Ordusu adını tezliklə qalib ordular cərgəsinə yazacaq! Qələbə xəbərini eşidək, Azərbaycan ordusu!

Qətiyyətin daim olsun, Ali Baş Komandan!

Zəfər gününü bayram etmək diləyi ilə Vətən torpaqlarının işğaldan azad olunmasını səbirsizliklə gözləyən, bu yolda müsəlləh əsgər kimi hər an döyüşə hazır olan bütün həmvətənlərimi 26 iyun Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə təbrik edirəm!

Uca Allah keşiyimizi çəkən əsgərlərimizi, bütün hərbçilərimizi qorusun!

GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN ƏSGƏRİ!

Bu xəbəri paylaşın: