Ovik Ağazaryan: “İrəvan Qarabağ məsələsində danışıqlar aparan tərəf ola bilməz”

“Ermənistan Azərbaycanla Qarabağ məsələsində danışıqlar aparan tərəf ola bilməz”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasından olan deputatı Ovik Ağazaryan deyib.

O bildirib ki, buna rəğmən, Ermənistan bu məsələdən geri də çəkilə bilməz. “Biz dünyaya göstərə bildik ki, Ermənistan-Azərbaycan münasibətləri Qarabağ məsələsindən ayrı tutulmalıdır. Çünki Qqarabağ xalqı özü öz müqəddəratını müəyyən etməlidir. Düşmən bizim suveren ərazimizdədir. Bu, asan problem deyil, amma düşünürəm ki, həll olunacaq”.

Bu xəbəri paylaşın: