Fransa Senatı Azərbaycan əleyhinə qətnamə qəbul edib

Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.

Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir.

Bundan əlavə, qətnamə layihəsində milyonlarla azərbaycanlının 30 illik işğal ərzində fundamental insan hüquqlarından məhrum olunduqları, müharibə cinayərlərinə məruz qaldıqları və digər faktların nəzərə alınmadığına, Azərbaycana isə təcavüzkar rolu ayrıldığına diqqət cəlb edilib.

Fransa Senatının Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qəbul edilmiş bu axmaq qətnamədə aşağıdakılar qeyd olunub:

— Qətnamə layihəsində «Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi» tələb olunub.

— Layihə müəllifləri «Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılmasını» tələb edirlər.

— Bununla yanaşı, Fransa hökumətinə Dağlıq Qarabağda humanitar büro açmaq təklif edilir.

— Təkliflər arsında qondarma «Dağlıq Qarabağ Respublikası»nın müstəqillyinin tanınması da yer alır.

— Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələrin yerləşdirilməsi də təkliflər arasında var.

Fransa Senatında Azərbaycan əleyhinə olan qətnaməyə mənfi yanaşan yeganə senator Natali Qule olub.

64 yaşlı millət vəkili ölkəmizi hədəfə alan qətnamənin əleyhinə səs verib.

Bununla da o, Azərbaycanınn haqlı mövqeyini bir daha dəstəkləyib.

Qeyd edək ki, Natali Qule Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə Komissiyanın sədr müavini, habelə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür.

O, Mərkəzin dəvətilə ötən il ölkəmizdə səfərdə olub.

P.S. Parlamentin bir Azərbaycan-Fransa Dostluq qrupu vardı…

Zəkəriyya Rəhimov

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Sumqayıt şəhər şöbəsinin müavini

Bu xəbəri paylaşın: