Yardımlı rayonunda sinfə şəhidin adı verilib

Mən bir neçə müddət xəstəliyimlə əlaqədər burada olmadım. Gəlmisəm müalicəmi davam etdirirəm. Qeyd etmişdim ki, Yardımlı şəhər 1 saylı tam orta məktəbində bir sinif otağını şəhid, xüsusi təyinatlı qəhrəman Əli Rzalının adına vermişik və hazırlıq işləri gedir.

Bu gün yeni 15.11.2022-ci il tarixdə həmin məktəbin 6a sinifinin şagirdləri ilə birlikdə şəhidin kəndi Bilnə kəndində şəhidin məzarını şagirdlərlə birlikdə ziyarət etdik, məzarın üzərinə gül qoyuldu.Məzarin üzərində Şəhid Əli Rzalinin adına yazılmış şeirlər söylənildi. Şagirdlər şəhid Əli Rzalının atası Nurudan xahiş etdilər ki, biz şair İqbal Nəhmət Əli və «Çinar» şeirini hazırlamışıq, bizi həmən çinarın yanına apar.

Nuru ilə birlikdə çinarın olduğu yerə getdik. Həqiqətən, çox təəccüblü idi ki, çinarda illər yazılmışdı. Lakin 20… yazılıb yarımçıq qalmışdı. Həqiqətən çox kədərləndik. Şagirdlər çinarın yanında «Əli və çinar» şeirini söylədilər. Bu tədbirin təşkilində bizə dəstək olan məktəbin direktoru Nəsib müəllimə, 6a sinifinin sinif rəhbəri Günel müəlliməyə, məktəbin hərbi hazırlıq müəllimi Camal müəllimə o minnətdarlığımı bildirirəm, bizə dəstək olmaqla tədbirdə iştirak etdilər.

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yardımlı rayon şöbəsinin uzvləri və öz adımdan adları qeyd edilən səxslərə təşəkkür edirəm. Qeyd edirəm, bu işdə mənə yaxında dəstək olan həmyerlim Abdul müəllimə də dərin təşəkkürümü bildirirəm. Bu yaxınlarda şəhid Əli Rzalının adına olan sinif otağının açılışı olacaq. Qiraətçi Abdul müəllim həmin sinifin şagirdlərinə 20 ədəd kitab hədiyə edəcək.

Mayılxan Əliyev

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri

Bu xəbəri paylaşın: