İmişli rayonunda şəhidin mövludu qeyd olunub

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayon şöbəsinin üzvü olan müharibə veteranları şəhid Sabir Hikmət oğlu Əzizlinin mövlud günündə iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayon şöbəsi sədrinin müavini Elçin Zeynalov məlumat verib.

Bildirib ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqov şəhidin valideynlərinə müharibə veteranları adından başsağlığı verib və müharibə veteranlarının daim şəhid ailələrinin yanında olduqlarını bildirib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir

Bu xəbəri paylaşın: