ŞƏRƏFLİ ZABİT ÖMRÜ: HƏSƏNOV ŞƏMSİ — 57

     İnsan üçün ən yadda qalan günlərdən biri də onun doğum günüdür.Yaşının üstə yaş qalandıqca insan daha da kamiləşir. Belə insanlardan biri də  müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant  Həsənov Şəmsi Qəzənfər oğludur. Bu gün 16 noyabr onun 57 yaşı tamam olur.

    Belə bir gün münasibətilə polkovnik-leytenant Şəmsi Həsənovu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən naliyətlər arzulayır.

  Şəmsinin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

     Müharibə Veteranı ehtiyatda olan polkovnik- leytenant  Həsənov Şəmsi Qəzənfər oğlu  16 noyabr 1965-ci ildə Laçın rayonunun Qarakeçidi kəndində dünyaya göz açıb.

     O, 1982-ci illərdə Laçın rayonunun Qarakeçid kənd  orta məktəbini, 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Ünverstetinin ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi fakultəsini bitirib. Həsənov Şəmsi Qəzınfər oğlu Daxili İşlər  Nazirliyinin Daxili  Qoşunlarında xidmət etdiyi illər ərzində   Zabitlərin təhkimləşdirmə ( ixtisas artırma)  kursunda olmuş, bir çox metodiki- təlim toplanışlarda, seminar və konfranslarda isə  iştirak etmişdir.

     Şəmsi Qəzənfər oğlu Həsənov  1984-1986-cı illərdə SSRİ Daxili İşlər  Nazirliyinin Daxili Qoşunlarında müddətli  həqiqi hərbi xidmətdə olub.1992-1994-cü illərdə   Müdafiə Nazirliyinin döyüş bölgələrində yerləşən hərbi hissədə böluk komandiri, 1995- 1998 -ci  illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Füzuli rayonunda yerləşən hərbi hissədə böluk komandiri, tabor komandirinin müavini, alayın  kəşfiyyat xidmətinin rəisi, 1999 — 2011 -ci illərdə Daxili Qoşunların Baş idarəsinin Maddi texniki təminat idarəsində   Ərzaq xidmət rəisinin müavini (yardımçı təsərrüfat üzrə baş köməkçisi) 2011-2016-ci ilərdə isə Daxili Qoşunların Baş İdarəsinin Nərimanov rayonunda yerləşən hərbi hissədə hərbi hissə  komandirinin ( hərbi hospital rəisinin) maddi-texniki təminat xidmətləri üzrə müavini vəzifələrində Vətənə,Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

    Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində ,cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizə də, fövqaladə vəziyyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsinə  məsuliyyət və şərəf  hissi ilə yanaşmışdır.

    O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

   Polkovnik- leytenant  Həsənov Şəmsi Qəzınfər oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda (Lacın,Cəbrayıl  və Füzuli  rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

    O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın,hərbi nizamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ucun nümunə olmuşdur.

   Müharibə Veteranı ehtiyatda olan polkovnik- leytenant Həsənov Şəmsi Qəzənfər oğlu peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, sadəliyi və səmimiyyəti ilə, işgüzarlığı və mənəvi keyfiyyətilə, dəqiqliyi və təmkinliyi ilə   seçilən ömrünün  ən məhsuldar dövrünün  şərəfli xidmət yolunun 24 (iyirmi dörd) ilini  hərbi xidmətdə keçirib.

    Şəmsi Qəzənfər oğlu qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, zəhmətkeş Zabit olmuşdur. O,istər təhsil aldığı orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost-tanış, qohum-əqrəb arasında özünə layiq hörmət qazanmışdır.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi  intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    Xidmətdə fəriqləndiyinə görə  Azərbaycan Respublikasının prezidenti adından Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri «Qüsursuz xidmətlərə görə 1ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi, 90-illiyi və 95-iliyi yubiley medalları ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ŞƏMSİ BƏY!

BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ. UNUTMA Kİ, HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR. BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM, BİR «MÖCÜZƏ  İLDİ » DEYƏRSƏN. BÜTÜN ARZULARININ REALLAŞMASI DİLƏYİMLƏ. XOŞBƏXT İLLƏRƏ…

 Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədirinin hüquqi işlər üzrə müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: