“Fransa Senatında Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsi yoxdur.”
Bu fikirləri “Report”un yerli bürosuna Fransa Senatının üzvü Natali Qule bildirib.
“Mən bu sənədin əleyhinə səs verdim. Çünki, hər zaman olduğu kimi Azərbaycanın haqq yolunda olduğuna əminəm. Bu qətnamə həmişə olduğu kimi Fransadakı güclü erməni lobbisinin təsiri altında qəbul edilib”, — qətnamənin əleyhinə səs vermiş yeganə Senat üzvü vurğulayıb.
Senator Azərbaycana qarşı qəbul olunan qətnamənin ümumiyyətlə heç bir qüvvəsi olmadığını bildirib.
“Bu qətnamənin Azərbaycana heç bir mənfi təsiri dəyməyəcək. Bu sənəd məcburi xarakter daşımır. Fransa hökumətinin mövqeyinin dəyişdirə bilməyəcək. Ümumiyyətlə unutmayaq ki, vaxtilə Fransanın da həmsədri olduğu artıq Minsk qrupu mövcud deyil”.