ABŞ prezidenti Co Bayden “Twitter”də «Donald Tramp Amerikanı məğlub etdi» başlıqlı video yayımlayıb.
Qafqaz.media xəbər verir ki, Amerikanın hazırkı prezidenti videoda sələfinin «nailiyyətlərini» sadalayıb: “İqtisadiyyatı zənginlərə yönəltmək, rekord işsizlik, səhiyyə sisteminə hücumlar, ekstremistlərlə flört etmək, qadınların hüquqlarına hücumlar və s”.
Noyabrın 16-da məlum olmuşdu ki, Tramp 2024-cü ildə keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürmək niyyətindədir. Tramp noyabrın 8-də 2024-cü il prezident seçkilərində iştirak etmək niyyətinə eyham vuraraq, noyabrın 15-də “çox vacib açıqlama” verəcəyini açıqlamışdı.
Bu xəbəri paylaşın: